Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > AKP millət vəkili: “1915-ci ildə Osmanlı dövlətinə qarşı üsyan qaldıran ermənilər 521 min türkü qətlə yetiriblər”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > AKP millət vəkili: “1915-ci ildə Osmanlı dövlətinə qarşı üsyan qaldıran ermənilər 521 min türkü qətlə yetiriblər”

AKP millət vəkili: “1915-ci ildə Osmanlı dövlətinə qarşı üsyan qaldıran ermənilər 521 min türkü qətlə yetiriblər”


Əmrullah İşlər: “Fransa parlamenti belə bir qərar qəbul edərsə, Türkiyənin reaksiyası çox sərt olacaq”

Ankara. Mayis Əlizadə - APA. “Bu, Türkiyənin milli məsələsidir. Partiyalar bu məsələdə öz maraqlarını yox, ölkənin mənafeyini güdürlər. Biz tarixi məsələlərin müxtəlif ölkələrin parlamentlərində müzakirə olunmasına və qərarlar qəbul edilməsinə qarşıyıq. Fransa özünü Avropada fikir azadlığının öncüllərindən biri hesab edirsə, bu təşəbbüsdən vaz keçməlidir, çünki belə bir təşəbbüs 1789-cu il inqilabının Avropa demokratiyasına təsirlərinə kölgə salaraq Fransanı orta əsrlərə doğru aparacaq”. Bu sözləri uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Fransa parlamentinin gündəminə gətirilməsinə münasibətini bildirən Türkiyə Böyük Millət Məclisi Xarici Əlaqələr Komissiyasının üzvü, hakimiyyətdəki Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü Əmrullah İşlər deyib. Ə. İşlər xatırladıb ki, məsələnin Fransa parlamentinə heç bir aidiyyəti olmadığı halda Fransa parlamenti 2001-ci ildə uydurma “erməni soyqırımı”nın tanınması haqda qərar qəbul edib: “Bilirsiniz ki, altı aydan sonra Fransada seçki var. Sarkozi xalq arasında aşağı düşən reytinqini yüksəltmək üçün oradakı erməni mənşəli vətəndaşların dəstəyini almaq istəyir, ona görə də bu yola baş vurur. Fransa parlamentinin qərarı doğru olmadığı kimi, indi də saxta “soyqırım”ı tanımayanlara və bunu açıq şəkildə ifadə edənlərə cəza vermək istəyirlər. Biz bunu Fransa inqilabının yaşandığı bir ölkə üçün geriyə qayıdış hesab edirik. Son dərəcə yanlış bir yanaşmadır. Hər kəs “türklər erməniləri öldürüb” demək məcburiyyətindədirmi? Belə bir qanun ola bilərmi? Fransa parlamenti belə bir qərar qəbul edərsə, Türkiyənin reaksiyası çox sərt olacaq. Daha əvvəl İsveçrə parlamenti ciddi səhv edərək buna uyğun bir qərar qəbul etmişdi. Bu qərarları və təşəbbüsləri ağılla-fikirlə əlaqələndirmək mümkün deyil”.

Millət vəkili bəyan edib ki, Türkiyə 1915-ci ildə Osmanlı İmperiyasının müəyyən bölgəsində bəzi hadisələrin yaşandığını inkar etmir: “Ancaq o hadisələri kimlər başlatdı, kimlər müharibədə iştirak edən dövlətə qarşı üsyan etdi və üsyançıların Osmanlı İmperiyasının başqa bölgələrinə göndərilməsi zərurəti niyə meydana çıxdı? İmperiyanın başqa yerlərinə göndərilən ermənilərdən bəzilərinin həyatını itirdiyini heç kim inkar etmir, ancaq arxiv sənədlərinə baxanda görürük ki, o vaxtkı erməni üsyanlarında ermənilər 521 min türkü qətlə yetiriblər. Mən bu məsələləri arxivlərdə ətraflı araşdırmışam və dediyim sözlərin hamısı sənədlərə əsaslanır. O dövrdə başqa yerlərə köçürülən ermənilərin çoxunu onlarla ədavəti olan kürdlər qətlə yetirib. Arxiv sənədləri bunu təsdiqləyir. Ermənilərin köçürülməsi prosesində qüsura yol verən səlahiyyətli dövlət nümayəndələri daha sonra cəzalandırılıb və 65 nəfərə edam cəzası verilib. Əgər ermənilərə qarşı soyqırım tətbiq edilsəydi, köçürülmə prosesində qüsuru olan dövlət adamları niyə edama məhkum edilirdi? Bunlar hamısı arxiv sənədlərində var. Biz millətindən asılı olmayaraq, vətəndaşına qarşı qüsura yol dövlət nümayəndələrinə də ən ağır cəzanı verən humanist bir ölkəyik. Anadoluya 1064-cü ildə gəlmişik. O vaxtdan sonra təxminən 9 əsr bu torpaqlarda ermənilərlə bir yerdə yaşamışıq, onlar həmişə imperatorluğumuzun bərabərhüquqlu vətəndaşları olublar. Ancaq keçən əsrin əvvəllərindən başlayaraq daşnak və başqa qüvvələrin xaricdən yönləndirilməsi nəticəsində ermənilər müharibə vəziyyətində olan Osmanlı dövlətinə qarşı üsyan edərək bölgədə tamamilə müdafiəsiz olan çoxlu sayda insanımızı qətlə yetiriblər, buna görə də imperiyanın başqa bölgələrinə köçürülüblər. Hörmətli baş nazirimiz 2005-ci ildə Ermənistan dövlət başçısına məktub yazıb bu məsələ ilə bağlı bütün arxivləri açmağı təklif etdi və məsələnin araşdırılmasının obyektiv tarixçilərin ixtiyarına verilməsini istədi. Ancaq o məktuba heç bir cavab gəlmədi. Türkiyə bütün məsələlərdə olduğu kimi, bu məsələdə də özünə əmindir. Bizə bu böhtanları atıb məsələni siyasiləşdirməyə çalışan ölkələrin elm adamları gəlib arxivlərimizdə işləyə bilər. Biz keçmişimizlə üzləşməkdən çəkinməyən və keçmişimizlə qürur duyan bir millətik. Bizim tariximizdə heç bir xalqa qarşı soyqırım tətbiq etməyimizdən söhbət gedə bilməz. İndi veriləcək əsas sual bundan ibarətdir: ermənilər də öz keçmişləri ilə üzləşməyə hazırdırlarmı? Məncə, bu suala cavab çox şeyin aydınlaşması üçün kifayətdir”.

Geri dön