Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sovetski sakinləri üçün bina tikiləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Sovetski sakinləri üçün bina tikiləcək

Sovetski sakinləri üçün bina tikiləcək


Adıçəkilən ərazidə əhalinin köçürülməsi ilə bağlı layihə hazırlanıb

Bu barədə açıqlamanı "Sovetski"nin sökülməsində ortalığa çıxan problemlərə bağlı keçirilən mətbuat konfransında şirkətlərindən birinin direktoru Nazim Səmədov deyib.

Onun sözlərinə görə, bununla da sakinlərin problemlərdən uzaqlaşmasına kömək ediləcək.

Şirkət rəhbərliyindən verilən məlumata görə, "Sovetsi" sakinləri üçün Bakıda, Gəncə prospektində yeni bina tikiləcək.

“Bina T şəkilində olacaq. Binada 9 blok olacaq və hər blokda 6 məzil olacaq. Otaqlar geniş olacaq. Mənzillər "Sovetsiki" sakinlərinə 1 kvadrat metri 380 manatdan satılacaq. Bu bir sosial layihədir. Mənzillər təmirsiz təqdim olunacaq və sakinlər evlərə nəğd pul ödəməklə sahib ola biləcəklər. Mənzil sertifikatlarının verilməsi də nəzərdə tutulur".

Qeyd edilib ki, hələlik yalnız sakinlərdən ərizələr alınır. "Bu layihə alınmaya da bilər. Bizə yalnız evləri sökülən "Sovetski" sakinləri müraciət edə bilərlər".

Geri dön