Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İrandan Azərbaycana heroin keçirilməsinin qarşısı alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hadisə > İrandan Azərbaycana heroin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana heroin keçirilməsinin qarşısı alınıb


İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Hamdanı Ghoujehbıglou Sıamak Akbar oğlunun idarə etdiyi “Scania” markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış keçirilib. Baxış zamanı, xidməti itin reaksiyasına əsasən oturacaqlardan birində, bir ədəd bükümdə xalis çəkisi 19,667 qram olan narkotik vasitə - heroin aşkarlanıb.

Sürücü şifahi izahatında bildirib ki, həmin maddə ona məxsus deyil, məsələdən xəbərsizdir. Həmin maddənin aşkar edildiyi oturacaqda əyləşmiş sərnişin Mahmud Vəliyev bir ədəd bükümdə olan narkotik vasitənin ona məxsus olduğunu və özünün gizlətdiyini etiraf edib.

Geri dön