Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İzmirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > İzmirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunacaq

İzmirdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunacaq


Türkiyənin İzmir şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunacaq. Bu barədə İzmir Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Camal Məmmədxanoğlu məlumat verib.

Onun sözlərinə görə, bu münasibətlə dekabrın 30-da İzmirdə konsert keçiriləcək: “İsmət İnönü Mədəniyyət Mərkəzində təşkil ediləcək konsertə bu şəhərdə yaşayan bütün azərbaycanlılar dəvətlidir. Həmin gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü də qeyd olunacaq”.

Tədbirdə əslən İrandan olan azərbaycanlı müğənni Ramin Fərhəngiya çıxış edəcək. Konsertdə Azərbaycandan da qonaqların iştirak edəcəyi gözlənilir.

Geri dön