Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstanda yeni iğtişaşlar baş verib, ölən və yaralananlar var
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Qazaxıstanda yeni iğtişaşlar baş verib, ölən və yaralananlar var

Qazaxıstanda yeni iğtişaşlar baş verib, ölən və yaralananlar var


Qərbi Qazaxıstanın Manqistau regionunda yerləşən Şetpe qəsəbəsində baş vermiş iğtişaşlar nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb.
Qazaxıstan Baş prokurorluğu bildirib ki, bir qrup şəxs Janaozen şəhərindəki etiraz aksiyaları iştirakçılarına həmrəylik nümayiş etdirmək məqsədilə yerli dəmir yolunu bağlayaraq sərnişin və yük qatarlarının hərəkatını dayandırıb. Polisin dəmir yolunda hərəkəti bərpa etmək cəhdləri 50 nəfərlik qrup tərəfindən müqavimətlə üzləşib. Onlar yük qatarlarının lokomotivini yandırıblar, vaqonlara “Molotov kokteyləri” atıblar. Prokurorluq bildirib ki, bundan sonra polis silahdan istifadə etməyə məcbur olub.
Xatırladaq ki, dekabrın 16-da Qazaxıstanın Müstəqillik Gününə həsr olunmuş bayram tədbirləri zamanı Janaozen şəhərində etiraz aksiyası keçirilib. Polis əməkdaşları ilə baş vermiş toqquşma zamanı 10 nəfər həlak olub, 75 mülki vətəndaş və 6 polis əməkdaşı yaralanıb. Aksiya zamanı polis əməkdaşları 70-dək vətəndaşı həbs edib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Janaozendə fövqəladə vəziyyət elan edib. Şəhərdə komendant saatı tətbiq olunub.

Geri dön