Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çempionlar Liqası: İlk gündə ev sahibləri qalib gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İdman > Çempionlar Liqası: İlk gündə ev sahibləri qalib gəlib

Çempionlar Liqası: İlk gündə ev sahibləri qalib gəlib


Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ” və digər klubların bu gün mübarizəyə başlayacağı mərhələyə Çexiyada start verilib. Burada “Sparta” “Malmö”nü qəbul edib.

Digər iki matç da Avropanın şərqində keçirilib. Slovakiya və Macarıstan çempionları postsovet məkanı təmsilçilərini sınağa çəkib. Hər 3 qarşılaşma ev sahiblərinin qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyunlar
“Sparta” (Çexiya) - “Malmö” (İsveç) - 4:2
“Slovan” (Slovakiya) - “Şerif” (Moldova) - 2:1
“Debretsen” (Macarıstan) - BATE (Belarus) - 1:0

Geri dön