Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyədə 20 PKK terrorçusu məhv edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Türkiyədə 20 PKK terrorçusu məhv edilib

Türkiyədə 20 PKK terrorçusu məhv edilib


Diyarbəkir dağlarında keçirilən xüsusi əməliyyat davam edir

Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayəti ərazisində təxminən 20 PKK terrorçusunun məhv edildiyi bildirilir. Təhlükəsizlik qüvvələri bir neçə gündür Diyarbəkir vilayətinin Diclə rayonu ərazisindəki Görəsə dağında əməliyyat keçirir.

Dağdakı mağaralarda qışı keçirmək üçün hazırlıq görən terrorçu qrup pilotsuz təyyarə tərəfindən aşkarlandıqdan sonra ərazidə əməliyyat başlayıb. Jandarma və polisin xüsusi təyinatlı qüvvələrinin apardığı əməliyyatda indiyədək 20 terrorçunun öldürüldüyü xəbər verilir. Dağda təxminən 50 terrorçunun olduğu təxmin edilir.

Rəsmi orqanlar əməliyyat bitdikdən sonra geniş açıqlama veriləcəyini deyiblər.

Geri dön