Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Vladimir Putinin prezidentliyə namizəd kimi qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Vladimir Putinin prezidentliyə namizəd kimi qeydə alınıb

Vladimir Putinin prezidentliyə namizəd kimi qeydə alınıb


Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) baş nazir Vladimir Putini prezidentliyə namizəd kimi qeydə alıb.

O, ilk rəsmi qeydə alınmış namizəd olub.

Qeyd edək ki, V. Putinin namizədliyi “Edinnaya Rossiya” (“Vahid Rusiya”) Partiyası tərəfindən irəli sürülüb.

V. Putindən başqa, “Spravedlivaya Rossiya” (“Ədalətli Rusiya”) Partiyasının lideri Serqey Mironov, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski və Kommunist Partiyasının sədri Gennadi Zuqanov da prezidentliyə namizədlikləri qeydə alınmaq üçün sənədlərini MSK-ya təqdim ediblər.

MSK yaxın günlərdə onlarla bağlı da qərar verməlidir.

Geri dön