Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi mövzusunda tədbir keçirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Gənclik > Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi mövzusunda tədbir keçirilib

Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi mövzusunda tədbir keçirilib


Demokratiya və İnsan Hüquqları Komitəsi “Gənclərin milli-mənəvi və əxlaqi dəyərlər əsasında tərbiyə edilməsi - milli kimliyimizin qorunmasıdır” adlı layihə çərçivəsində tədbir keçirib.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətində keçirilən tədbirdə çıxış edən qurumun üzvü Nabat Qəniyeva bildirib ki, layihənin əsas məqsədi milli-mənəvi dəyərlərin aşılanma səbəblərini, bu problemlərdən çıxış yollarını araşdırmaq və xüsusilə də bu dəyərlərin gənclər arasında düzgün təbliğidir. Onun sözlərinə görə, layihə 5 ay müddətində davam edəcək.

Komitənin sədri, Milli Məclisin deputatı Çingiz Qənizadə isə qeyd edib ki, layihənin mövzusu hazırda çox aktualdır: “Vətənə, millətə bağlı olan insanları bir məsələ narahat edir ki, bu da müasir gənclik tərəfindən milli-mənəvi dəyərlərimizin yavaş-yavaş aradan qalxmasıdır. Hamımız bunu görürük və qarşısını ala bilmirik. Gənclərimizin müasirliyinin fonunda bizim milli-mənəvi dəyərlərimiz itir. Gənclərimizin tərbiyəsinin itirilməsində sosial şəbəkələrin də rolu böyükdür. Hesab edirəm ki, bu gün ata-babalarımızdan bizə miras qalan dəyərlərimizi, əxlaqımızı qorumaq və yaşatmaq vacibdir”.

Geri dön