Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Azərbaycanın cənub rayonlarının tədqiqi və təbliği” adlı kitab nəşr olunmuşdur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Gənclik > “Azərbaycanın cənub rayonlarının tədqiqi və təbliği” adlı kitab nəşr olunmuşdur

“Azərbaycanın cənub rayonlarının tədqiqi və təbliği” adlı kitab nəşr olunmuşdur


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycaı tanı” mövzusundakı layihəyə əsasən hazırlanmış “Azərbaycanın cənub rayonlarının tədqiqi və təbliği” adlı qısa ensiklopedik toplu informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələdə Azərbaycan Respublikasında gənclərin elmi-mədəni, təhsil və digər sahələrdə daha fəal iştirakını və onlara Azərbaycanın cənub rayonlarının tanıdılmasının informasiya təminatı problemini həll etmək məqsədi ilə hazırlanmışdır.
Hazırlanan toplunun ideyası ölkə gənclərinin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasından ibarətdir. Nəşrin məqsədi yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi istiqamətində onlara mənəvi və psixoloji təsirin göstərilməsi, gənclərimizdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi, qəhrəmanlıq nümunələrinin onlar arasında təbliği, gənclərin Azərbaycanın cənub bölgəsinin milli-mədəni irsi və tarixi haqqında geniş məlumatlandırılmasıdır.

Geri dön