Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazir Şahin Mustafayev: “Azərbaycanda növbəti 10 il ərzində ÜDM-in iki dəfə artması gözlənilir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > İqtisadiyyat > Nazir Şahin Mustafayev: “Azərbaycanda növbəti 10 il ərzində ÜDM-in iki dəfə artması gözlənilir”

Nazir Şahin Mustafayev: “Azərbaycanda növbəti 10 il ərzində ÜDM-in iki dəfə artması gözlənilir”


Azərbaycanda növbəti on il ərzində qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in iki dəfə artırılması gözlənilir. Bunu Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusuna həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, qeyd olunan dövr ərzində qeyri-neft sektorunun ÜDM-də çəkisinin 80%-ə çatdırılması nəzərdə tutulur. Azərbaycanın iqtisadi inkişafından danışan nazir deyib ki, son 7 ildə Azərbaycanda ÜDM 2 dəfə, sənaye məhsullarının istehsalı 2,8 dəfə, dövlət büdcəsi gəlirləri 9,3 dəfə, əsas kapitala yönəlmiş investisiyaların həcmi 2,9 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, o cümlədən ixrac 8,2 dəfə artıb.

“Qeyd olunan dövrdə ticarət tərəfdaşlarının sayı 147 ölkəyə çatdırılıb” - deyə Ş.Mustafayev qeyd edib.

Geri dön