Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə Böyük Millət Məclisi üzvünün Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı fransalı deputat zalı tərk edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Türkiyə Böyük Millət Məclisi üzvünün Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı fransalı deputat zalı tərk edib

Türkiyə Böyük Millət Məclisi üzvünün Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı fransalı deputat zalı tərk edib


Bakıda keçirilən “Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar” mövzusunda keçirilən konfransda Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakçı çıxış edərkən Fransa parlamentinin üzvü Raşida Dati zalı tərk edib.

APA-nın xəbərinə görə, çıxışında uydurma “erməni soyqırımı” ilə bağlı son proseslərə toxunan Mustafa Kabakçı “Tarixlə tarixçilər məşğul olmalıdır” söyləyib.

Jurnalistlər zalı tərk edən Raşida Datiyə yaxınlaşıb, zalıə tərk etməsinin səbəbini öyrənmək istəsələr də, qonaq açıqlama verməyib.

Qeyd edək ki, R. Dati Avropa Parlamentinin də üzvüdür.

Xatırladaq ki, Fransa parlamenti dekabrın 22-də uydurma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutan qanun layihəsini müzakirə edəcək.

Geri dön