Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ABŞ Konqresi 2012-ci maliyyə ilində Gürcüstana 66, Ermənistana 40, Azərbaycana isə 16,6 milyon dollar yardım ayırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > ABŞ Konqresi 2012-ci maliyyə ilində Gürcüstana 66, Ermənistana 40, Azərbaycana isə 16,6 milyon dollar yardım ayırıb

ABŞ Konqresi 2012-ci maliyyə ilində Gürcüstana 66, Ermənistana 40, Azərbaycana isə 16,6 milyon dollar yardım ayırıb


ABŞ Konqresi 2012-ci maliyyə ilində xarici yardımlar paketini təsdiqləyib.

Nümayəndələr Palatası və Senat Ermənistana 40 milyon dollar ayrılmasını, Dağlıq Qarabağ ermənilərinə yardımın əvvəlki qaydada saxlanılmasını qərarlaşdırıb və Azərbaycanla Ermənistana ayrılacaq hərbi yardımın miqdarında paritet prinsipinin qorunmasına çağırıb.

Azərbaycana 16,6 milyon, Gürcüstana isə 66 milyon dollar ayrılıb.

Xarici yardımlar haqqında qanun layihəsinə əlavə olunan hesabatda Ermənistan və Azərbaycan üçün xarici hərbi maliyyələşmə və beynəlxalq hərbi təhsil və hazırlıq məqsədilə veriləcək yardımlarda paritetin qorunmasının vacibliyi vurğulanır. Prezident Obama isə xarici hərbi yardım məqsədilə hər iki ölkəyə 3 milyon dollar ayrılmasını istəsə də, beynəlxalq hərbi təhsil və hazırlıq məqsədilə Azərbaycana Ermənistandan 2 dəfə artıq (900 min dollar) ayrılmasını tələb edib.

Geri dön