Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dağıstanda azərbaycanlı sürücünün iştirakı ilə ağır yol qəzası: 2 ölü, 2 yaralı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Dərbənd > Dağıstanda azərbaycanlı sürücünün iştirakı ilə ağır yol qəzası: 2 ölü, 2 yaralı

Dağıstanda azərbaycanlı sürücünün iştirakı ilə ağır yol qəzası: 2 ölü, 2 yaralı


Rusiya mətbuatı xəbər verir ki, Znamensk rayonunda gecə "M-6" federal yolunun 487-ci kilometrliyində Dağıstan sakini olan 42 yaşlı sürücü "Volvo" markalı yük maşınını idarə edərkən svetoforun qadağan siqnalına əhəmiyyət verməyərək eyni istiqamətdə hərəkət edən Azərbaycan Respublikası sakininin idarə etdiyi "KAMAZ" yük maşınına dəyib. Toqquşmadan sonra KAMAZ qarşıda dayanan 22 yaşlı Volqoqrad sakinini idarə etdiyi VAZ-21150 avtomobili vurub. «Jiquli» zərbənin təsirindən əks hərəkət zolağına düşərək KAMAZ və "VAZ-2114" ilə toqquşub.
Toqquşma nəticəsində Volqoqrad vilayətinin 2 sakini hadisə yerində ölüb, yük maşınlarının sürücüləri müxtəlif xəsarətlərlə şəhər xəstəxanasına yerləşdiriliblər. Hazırda hadisə yerində polisin operativ istintaq qrupu çalışır.

Geri dön