Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşdü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Fərəc Quliyev > Fərəc Quliyev BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşdü

Fərəc Quliyev BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşdü


23 sentyabr 2014-cü il tarixdə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri cənab Antonius Bruk ilə görüşdü. Görüşdə dünyada və bölgədəki son siyasi hadisələr, ATƏT-in Minsk qrupunun fəaliyyəti, BMT-nin Dağlıq Qarabağla bağlı vizionu, Güney Azərbaycandakı soydaşlarımızın vəziyyəti, Güney Azərbaycandan dünyanın hər yerinə didərgin düşmüş soydaşlarımızın vəziyyəti və onlara kömək imkanları müzakirə olundu.
Millət Vəkili Fərəc Quliyev yaxın gələcəkdə baş tutacaq BMT-nin 69-cu sesiyasında, Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı gündəliyə salınmış məsələyə xüsusi munasibət bildirdi. Millət vəkili bildirdi ki, işğal olunmuş ərazilərimizdə xaricdən- xüsusilə Suriya və İraqdan gələn kürdlər və ermənilər yerləşdirilir. Bunun qarşısının alınması üçün tədbirlər görülməlidir. Çünki, onlar gələcəkdə, Azərbaycan torpaqları azad edildikdən sonra, onsuz da oradan çıxarılacaq. Bu fonda istəmirik ki, gələcək üçün bir problem bombası basdırılsın ki, nə vaxtsa o partlasın.
Görüşdə əməkdaşlıq imkanları da müzakirə olundu.
Fərəc Quliyev BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşdü

Fərəc Quliyev BMT-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə görüşdü

MDHP mətbuat xidməti

Geri dön