Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yunanıstan TAP-a 50 illik lisenziya verib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Yunanıstan TAP-a 50 illik lisenziya verib

Yunanıstan TAP-a 50 illik lisenziya verib


Yunanıstanın energetika üzrə tənzimləyici orqanı (RAE) “Trans-Adriatik” boru kəmərinə (TAP) lisenziya verib.

TAP yaydığı rəsmi məlumatda bildirir ki, bu lisenziya TAP layihəsinin işlənməsi üzrə konsorsium boru kəmərinin Yunanıstan sahəsində tikinti işlərinin aparılmasına aiddir.

Məlumata görə, lisenziya sentyabrın 5-də verilib və 50 il qüvvədə olacaq.

Yunanıstanın verdiyi lisenziya boru kəmərinin çəkilməsi, kompressor və ölçü stansiyalarının, eləcə də digər avadanlıqların quraşdırılması kimi TAP boru kəmərinin tikintisi ilə bağlı işlərin aparılması üçün zəruri icazənin alınmasını nəzərdə tutur.

Qeyd edək ki, TAP Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsium tərəfindən təbii qazın Türkiyədən Avropa bazarlarına nəqli üçün marşrut qismində seçilib. TAP vasitəsi ilə Azərbaycan təbii qazı Bolqarıstan, Albaniya, Bosniya və Herseqovina, Çernoqoriya, Xorvatiya və başqaları daxil olmaqla bir neçə Şərqi Avropa ölkələrinə qaz təchizatı asanlaşdıra bilər. Layihə Xəzər regionundan qazı Yunanıstana, Albaniyaya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, daha sonra isə Qərbi Avropaya nəql etməyi nəzərdə tutur. Boru kəmərinin uzunluğu təqribən 870 kilometrdir. Boru kəmərinin tikintisinə 2016-cı ildə başlamaq planlaşdırılır.

Xatırladaq ki, TAP-ın səhmdarları BP (20%), ARDNŞ (20%), “Statoil” (20%), “Fluxys” (16%), “Total” (10%), E.ON (9%) və AXPO (5%) ibarətdir.

Geri dön