Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həsən Ruhani İrana qarşı sanksiyaları aradan qaldırmağa çağırıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Həsən Ruhani İrana qarşı sanksiyaları aradan qaldırmağa çağırıb

Həsən Ruhani İrana qarşı sanksiyaları aradan qaldırmağa çağırıb


Irana qarşı tətbiq edilən sanksiyalar heç bir nəticə vermir, onlar aradan qaldırılmalıdır.
İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, bunu İranın prezidenti Həsən Ruhani Nyu-Yorkda keçirdiyi mətbuat konfransında bəyan edib.

“Sanksiyalar heç vaxt əməli alət olmayıb. İstənilən razılaşma onların ləğvini nəzərdə tutmalıdır”, deyə Ruhani bildirib. Onun sözlərinə görə, sanksiyalar Tehranı nüvə proqramından əl çəkməyə məcbur edə bilməz.

İranın nüvə problemi ilə əlaqədar “altılıq” ölkələri ilə dialoqa toxunan Ruhani bildirib ki, danışıqlarda cüzi irəliləyiş olub: “Prosesi sürətləndirmək lazımdır, vaxtımız çox məhduddur”.

Geri dön