Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güneyli vəkil Musa Bərzin: İranda uşaq haqüqları pozulur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə > Güneyli vəkil Musa Bərzin: İranda uşaq haqüqları pozulur

Güneyli vəkil Musa Bərzin: İranda uşaq haqüqları pozulur


Musa Bərzin Xəlifəli İranda uşaq haqlarının sistemli şəkildə pozulduğunu deyir. “Amerikanın Səsi” ilə söhbətdə güneyli vəkil şəriətə əsaslanan dini qanunun azyaşlıların, ələlxüsus qız uşaqlarının rifah halına zidd olduğunu vurğulayır.
“İranın qanunları uşaqların haqlarının əzilməsinə icazə verir və qanunda uşaqlara qarşı maddələr var,” deyə Türkiyədə mühacirətdə yaşayan vəkil İran qanunlarının şəriət qaydaları təməlində hazırlandığını və həmin qaydalara görə uşağın atasının mülkiyyətində olduğunu önə çəkir.
Güneyli hüquqçunun sözlərinə görə, “İran İslam Respublikası BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Uşaq Hüquqları Konvensiyasını onun maddələrinin şəriət qaydaları və ölkənin daxili qanunlarına uyğun olması şərti ilə imzalamışdır. Bu şərtlər isə konvensiyanın əsas hədəflərini təsirsiz hala gətiribdir.”
Musa Bərzin İran qanunlarının qız uşaqlarının erkən yaşda evləndirilməsi, uşaqların cismani cəzalara məruz qalması və işləməyə məcbur edilməsinə zəmin yaratdığına işarə edir. O, həmçinin İran İslam Respublikasının uşaqların edam edilməsinə icazə verdiyinə diqqət çəkir.
Uşaqların İran İslam Respublikasının zindanlarında müxtəlif çətinliklər və təhlükələrlə üzləşdiyini vurğulayan Bərzin Xəlifəli həbsxanalarda uşaqların narkotik maddələrə yaxın olduğunu və cinsi təcavüz hallarının müşahidə edildiyini dilə gətirir.
Güneyli vəkil həmçinin İranda məktəblərin açılması və qeyri-fars uşaqların yenə də ana dilləri olmayan bir dildə təhsil almağa məcbur olduqlarını vurğulayaraq bunu uşaq haqları pozulmasına nümunə kimi dəyərləndirir.
Beynəlxalq qanunlarda uşaqların hərbi qruplara üzv alınmasının yasaq olduğunu önə çəkən Musa Bərzin İranda Bəsic (yarım-hərbi könüllü dəstələr) qüvvələrinin bir hissəsi olan “şagird bəsicin" fəaliyyət göstərməsinin beynəlxalq qanunlara zidd olduğunu bildirir.
Audionu dinləmək üçün qaynağımız olan aşağıdakı LİNKə müraciət edə bilərsiniz:
http://www.amerikaninsesi.org/content/iran-children-rights/2465916.html

Geri dön