Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya Qarabağ siyasətini Azərbaycanın xeyrinə dəyişə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Rusiya Qarabağ siyasətini Azərbaycanın xeyrinə dəyişə bilər

Rusiya Qarabağ siyasətini Azərbaycanın xeyrinə dəyişə bilər


Fərəc Quliyev: " Moskvanın ölkəmkizə yönəlik siyasəti kampaniya deyil, gerçək xarakter daşıyarsa, bu amil münaqişənin həllinə öz töhfəsini verə bilər "

Son dövrlər Azərbaycanla Rusiya arasındakı münasibətlər daha intensiv şəkildə inkişaf etməyə başlayıb. İki qonşu ölkə arasında əlaqələr daha sürətlə genişlənməkdədir. Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının daha geniş həcmdə ixracını həyata keçirməyə başlayıb. Rusiya bu günlərdə Bakıda keçirilən silah və hərbi texnika sərgisində öz arsenalı ilə aktiv iştirak etdi. Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalardan üzü bəri Rusiya rəsmilərinin Bakıya səfərləri də intensivləşib. Bütün bunlar onu göstərir ki, Azərbaycan Rusiya münasibətləri əvvəlki d.vrlə müqayisədə daha sürətlə yaxınlaşır və yaxşılaşır. İki ölkə arasında siyasi sahədə də münasibətlər yüksələn xəttlə inkişaf edir.
Rusiya həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun üç həmsədrindən biridir. Düzdür, bütün bunlar hələ də Qarabağ münaqişəsinin həllinə hər hansı bir pozitiv çalar verməyib. Ermənistan işğal siyasətini davam etdirməkdədr. Onların işğal siyasətini davam etdirməsində heç şübhəsiz Rusiyaya arxalanmaları da özünəməxsus rol oynayır. Lakin bütün bunlara baxmayaraq, son dövrlər Rusiyanın Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirdiyi də nəzərdən qaçmamalıdır. Həm də qeyd olunduğu kimi iki ölkə arasında siyasi, iqtisadi əlaqələr yüksələn templə artır.


Rusiya Azərbaycan münasibətlərinin sürətlə yaxşılaşması maraqlıdır, Qarabağ münaqişəsinin həllinə hansısa formada təsir edə bilərmi?

Millət vəkili Fərəc Quliyev Rusiyanın Azərbaycanın əhəmiyyətini anlamağa başladığını deyir. Həmçinin qeyd edir ki, Moskvanın ölkəmkizə yönəlik bu siyasəti kampaniya deyil, gerçək xarakter daşıyarsa, bu amil münaqişənin həllinə öz töhfəsini verə bilər: "Qeyd edim ki, Azərbaycanın iradəsindən asılı olmayaraq, bəzi qonşularımız ölkəmizlə pis münasibət saxlayır. İkitərəfli münasibətlərdə Azərbaycan həmişə qonşulara hörmət siyasəti yürüdüb. Rusiya da qonşumuzdur və istərdik ki, ikitərəfli hörmətə əsaslanan ciddi şəkildə əməkdaşlıq olsun. Həm Azərbaycan Rusiya üçün faydalı ölkədir, həm də Moskva ölkəmiz üçün faydalı tərəfdaşdır. İstəyimiz də çox kiçikdir. İstəyirik ki, Rusiya siyasətində redaktələr olsun, Azərbaycana qərəzli münasibət olmasın. Amma etiraf olunmalıdır ki, Rusiya Ermənistan-Azərbaycan münasibətlərində fərqli mövqe tutub. Ermənistanın silahlandırılması, burada rus ordusunun yerləşdirilməsi, münaqişə ətrafında Rusiyanın vemövqeyi ilə bağlı Moskvanın siyasətində redaktələr etistərdik. Qoy Kreml ədalətin yanında olsun, ərazilərimizin qaytarılması üçün Minsk formatı, həm də digər formatlarda öz səylərini ortaya qoysun. Azərbaycan heç zaman Rusiyaya qarşı mənfi münasibətdə olmayıb. 1 milyondan çox soydaşımız Rusiyada çalışıb, bu ölkəyə fayda verir. Rusiyanın ən ciddi institutlarında işləyən soydaşlarımız var. Azərbaycan qonşuluq siyasətində həmişə xoşməramlı missiyalarla çıxış edib. Rusiya həqiqətən də ikitərəfli münasibətlərə üstünlük verərək, qonşuluq siyasətində redaktələr edib, Azərbaycana yaxınlıq edəcəksə, bu, hər iki tərəf üçün faydalı olacaq. Danılmaz faktdır ki, Qarabağ məsələsinin həllində də Rusiyanın xüsusi önəmi var. Lakin bu da kampaniyabazlıq səviyyəsində olmamalıdır. Həm də etiraf olunmalıdır ki, Qarabağın işğalında Rusiyanın xüsusi bir missiyası vardır. Ermənilər Moskvadan dəstək almasalar, işğal etdiyi əraziləri bir gün də saxlaya bilməzlər. Son hadisələr də göstərdi ki, Rusiya Azərbaycanın önəmini anlamaqdadır və başa düşür ki, Ermənistan kimi ayağına badalaq olan dövlətdənsə, daha çox ona xeyir verən, müttəfiqlik edən, Rusiyanın inkişafında əhəmiyyətli faktor olan ölkəmizlə əlaqələri daha vacibdir. Bütün bunlar gerçəkdən nəzərə alınarsa, müvəqqəti yanaşma olmazsa, Qarabağ münaqişəsinin həllində təbii ki, Rusiya tərəfindən daha çox səylər göstərilər. Artıq Rusiya elə bir vəziyyətdədir və bu fonda da başa düşdü ki, ancaq güclü qonşuları onun üçün əhəmiyyətli ola bilər. Ermənistan isə Rusiyanın çətin durumunda da yenə də parazitcəsinə ondan donor kimi istifadə edir. Gerçəkdən, Rusiya Azərbaycan münasibətləri yaxşı mənada dəyişərsə, yaxın qonşumuzla partnyor olmağa, bərabər və ikitərəfli hüquqi münasibət qurmağa hazırıq. Bu, hər bir qonşuya aiddir. Hətta gələcəkdə, Ermənistan işğal siyasətindən əl çəkib, torpaqlarımızı geri qaytararsa, onlarla da düşmənçilik fikrində olmayacağıq. Bu, İrana da aiddir. Hesab edirəm ki, Rusiya gerçəkdən Qarabağ məsələsində də fayda verməyə çalışarsa, onun verəcəyi fayda böyük olar".


Səməd CƏFƏROV

Geri dön