Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransa parlamenti qondarma “erməni soyqırımı”nın inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Fransa parlamenti qondarma “erməni soyqırımı”nın inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul edib

Fransa parlamenti qondarma “erməni soyqırımı”nın inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul edib


Bu gün Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya uydurma “erməni soyqırımı” da daxil olmaqla Fransa qanunvericiliyi tərəfindən tanınan soyqırımların mövcudluğunu inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.

APA-nın Avropa bürosunun məlumatına görə, hakim partiyanın üzvü Valeri Buaye və 40-a yaxın həmkarları tərəfindən bu ilin oktyabrında Fransa parlamentinə təqdim edilmiş və bu gün qəbul olunmuş bu qanuna əsasən uydurma “erməni soyqırımı”nı inkar edənlərin 1 il həbs cəzasına məhkum edilməsi və ya 45 min avro məbləğində cərimələnməsi nəzərdə tutulur. Qanun layihəsi Fransa parlamentində çoxluq təşkil edən hakim partiya üzvləri tərəfindən təklif olunub, hökumət də öz növbəsində qanunun qəbuluna tərəfdar olduğunu açıqlayıb. Müzakirələrdə çıxış edən deputatların əksəriyyəti bu sənədin qəbul edilməsinə çağırıblar. Bu sənədin qəbul olunmasına qarşı çıxan deputatlar Fransa qanunvericiliyin tarixi məsələlərə qarışmamağa çağıraraq, Fransanın da öz tarixində belə utandırıcı səhifələrin olduğunu həmkarlarına xatırladıblar.

Bundan başqa, müzakirələrdə Türkiyə ilə münasibətlərin korlana biləcəyi tez-tez qeyd olunub. Milli Assambleyada Fransa-Türkiyə dostluq qrupunun sədri, hakim partiyanın üzvü Mişel Diefenbaker açıq olaraq erməni məsələsinin hər zaman seçkilər ərəfəsinə təsadüf etdiyini, bunun sadəcə siyasi spekulyasiya olduğunu bildirib və tarixi tarixçilərə buraxmağa tövsiyə edib. Fransa parlamentarları arasındakı qızğın müzakirələr soyqırımlar anlayışı və onların fərqləndirilməsi ətrafında gedib. Qeyd edək ki, Fransa qanunvericilik tarixində iki soyqırımı rəsmən tanınıb. Fransa ilk olaraq 1990-cı ildə, İkinci dünya müharibəsi zamanı alman nasistləri tərəfindən yəhudilərə qarşı törədilmiş soyqırımı tanıyıb və Fransa qanunvericiliyində bu soyqırımı inkar edən şəxslərə qarşı müvafiq cəza növü də nəzərdə tutulur. Fransada 2001-ci ildə erməni soyqırımının tanınması haqda qəbul edilən qanun layihəsi isə Fransa da daxil olmaqla sadəcə bir neçə ölkələrin qanunverici orqanları tərəfindən tanınıb. Xolokostdan fərqli olaraq “erməni soyqırımı” heç bir hüququ instansiya tərəfindən tanınmayıb və bununla bağlı beynəlxalq məhkəmələrdə hansısa bir qərar qəbul edilməyib.

Xatırladaq ki, Fransa qondarma “erməni soyqırımı”nı 29 yanvar 2001-ci ildə rəsmən tanıyıb. Qondarma “erməni soyqırımı”nı inkar edilməsinə görə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi Milli Assambleyada 12 oktyabr 2006-cı ildə bir dəfə qəbul olunub. Lakin 4 may 2011-ci ildə Fransa qanunvericilik institutunun yuxarı palatası olan Senat bu qanun layihəsini əsassız sayaraq, onu təsdiq etməyib. Milli Assambleyada bu gün qəbul edilən müvafiq qanun layihəsinin tam qüvvəyə minməsi üçün sənəd yenidən Fransa Senatına göndərilməli və daha sonra ölkə başçısı tərəfindən təsdiqlənməlidir.

Geri dön