Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan XİN Fransada uydurma “erməni soyqırımı” ilə bağlı qanun qəbul edilməsini kəskin pisləyən bəyanat yayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Azərbaycan XİN Fransada uydurma “erməni soyqırımı” ilə bağlı qanun qəbul edilməsini kəskin pisləyən bəyanat yayıb

Azərbaycan XİN Fransada uydurma “erməni soyqırımı” ilə bağlı qanun qəbul edilməsini kəskin pisləyən bəyanat yayıb


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Milli Assambleyasında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsini pisləyən bəyanat yayıb.

Bəyanatda deyilir: “Azərbaycan Respublikası Fransanın Milli Assambleyasında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsini kəskin şəkildə pisləyir. Azərbaycan öz təəccübünü ifadə edərək, bu addımın Avropa məkanında demokratiyanın əsasını təşkil edən söz və ifadə azadlığı prinsiplərinə qətiyyən uyğun olmadığını, Fransanın götürdüyü insan hüquqları və əsas azadlıqlar kimi demokratik dəyərlərə hörmət etmək öhdəliyi ilə ziddiyyət təşkil etdiyini və qəbuledilməz olduğunu bəyan edir.

Azərbaycan Respublikası Fransa Milli Assambleyasının bu cür qanun layihəsi qəbul etdiyi halda, Azərbaycanın işğal olunmuş ərazilərində yüz minlərlə azərbaycanlının etnik təmizləməyə məruz qalmasına, öz torpaqlarında məcburi köçkünə çevrilməsinə, həmçinin bu insanların hüquqlarının kobud şəkildə pozulmaqda davam etməsinə göz yummasını dərin təəssüflə qarşılayır”.

Geri dön