Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Milli Məclisi Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı son qərarına etirazını bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycan Milli Məclisi Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı son qərarına etirazını bildirib

Azərbaycan Milli Məclisi Fransa parlamentinin qondarma “erməni soyqırımı” ilə bağlı son qərarına etirazını bildirib


Fransa Milli Assambleyasında qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin qəbul olunması Milli Məclisin bu gün keçirilən iclasında sərt etirazla qarşılanıb. İclasda çıxış edən millət vəkili Siyavuş Novruzov bu qərarı pisləyib. O deyib ki, əsrin sonlarında Xocalıda yaşanmış soyqırımına münasibət açıqlamayan Fransa Milli Assambleyasının əsrin əvvəllərində nə olub-olmadığı bilinməyən hadisələrə “soyqırımı” deməsi və bunu inkar edənlərə cəza tətbiqi ilə bağlı qərar qəbul etməsi qeyri-obyektivdir. S. Novruzov təəssüflə deyib ki, bəzi Azərbaycan müxalifətçiləri özləri və ailə üzvləri üçün məhz Fransanı sığınacaq yeri seçiblər.

Spiker Otqay Əsədov isə “Yəqin Fransa büdcəsinin 45 min avroya ehtiyacı var” – deyərək, Fransa Milli Assambleyasının məlum qərarına istehza edib.

Fransa Milli Assambleyasının müvafiq qərarını millət vəkilləri Mübariz Qurbanlı və İqbal Ağazadə də pisləyib və Azərbaycanın bu məsələdə Türkiyənin yanında olduğunu vurğulayıblar.

Geri dön