Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransa Senatının üzvü Natali Qule: “Dağlıq Qarabağdan qovulanlar, əlcəzairlilər, iraqlılar Fransaya gəlib tarixin onlara vermədiyi haqlarını istəsələr, nə edəcəyik?”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Fransa Senatının üzvü Natali Qule: “Dağlıq Qarabağdan qovulanlar, əlcəzairlilər, iraqlılar Fransaya gəlib tarixin onlara vermədiyi haqlarını istəsələr, nə edəcəyik?”

Fransa Senatının üzvü Natali Qule: “Dağlıq Qarabağdan qovulanlar, əlcəzairlilər, iraqlılar Fransaya gəlib tarixin onlara vermədiyi haqlarını istəsələr, nə edəcəyik?”


“Türkiyə 100 “Airbus” təyyarəsinin sifarişindən imtina etsə, Fransa prezidenti nə deyəcək?”

“Bu gün Türkiyə bizə xəbərdarlıq edir, Əlcəzairdə baş verənləri xatırladır. Gələcəkdə Qəzzada, Dağlıq Qarabağda yaşamış insanlar, iraqlılar, əlcəzairlilər, Əlcəzairlə müharibədə Fransa ordusu sıralarında yer alanlar Fransaya gələrək tarixin onlara vermədiyi haqları axtarmaq istəyəcəklər. Fransa Senatının bu yanlış addıma son qoyub, bu məsələni tarixçilərin öhdəsində buraxacağına inanıram”. Bu fikirləri Fransa Senatının üzvü Natali Qule Fransa Milli Assambleyasının qondarma “erməni soyqırımı” ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Senator yazılı şəkildə yaydığı açıqlamada “bir günah keçisi axtarmağın təhlükələri var”, - deyə bildirib.

N. Qulenin açıqlamasında qeyd olunub ki, həm Türkiyənin, həm də Ermənistanın dostu olan Fransanın tərəfləri bir tarixi anlaşılmazlığı həll etmək mövzusunda baş-başa buraxması daha yaxşı olar: “Onsuz da Fransa 1915-ci il soyqırımını tanıyıb və Türkiyə bu mövzuda beynəlxalq mütəxəssislər komissiyası yaradılması və araşdırmalar aparılması təklifini qəbul edib. Prezident tərəfindən verilən bu söz, hamımızı böhranla mübarizə aparmağa ehtiyac duyulduğu bir məqamda türk dostlarımızı və türk əsilli Fransa vətəndaşlarını haqsız olaraq yaralayıb. Türkiyə 100 “Airbus” təyyarəsinin sifarişindən imtina etsə, Fransa prezidenti nə deyəcək?”

Geri dön