Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Millət vəkili Haluk Koç: “Fransanın ATƏT-in Minsk Qrupunda bitərəf hərəkət edə bilməyəcəyi qətiləşdi”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Millət vəkili Haluk Koç: “Fransanın ATƏT-in Minsk Qrupunda bitərəf hərəkət edə bilməyəcəyi qətiləşdi”

Millət vəkili Haluk Koç: “Fransanın ATƏT-in Minsk Qrupunda bitərəf hərəkət edə bilməyəcəyi qətiləşdi”


“Türkiyə və Azərbaycan qüvvələrini səfərbər edərək Xocalı soyqırımının dünya tərəfindən tanınmasına nail olmalıdır”

“Fransa Parlamentinin qərarından asılı olmayaraq Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq gün keçdikcə daha da güclənəcək. Bu qərar Azərbaycana mühüm bir fürsət verdi: belə ki, Fransanın ATƏT-in Minsk Qrupunda bitərəf hərəkət edə bilməyəcəyi qətiləşdi”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının (CHP) Samsun millət vəkili Haluk Koç deyib.

H. Koç Fransa parlamentindəki müzakirə ərəfəsində Parisə səfər etdiklərini xatırladıb: “Oradakı türk diasporasını məhkəmələrə müraciət etmək və etiraz aksiyaları keçirmək üçün təşkilatlandırırıq. Sarkozi növbəti seçkidə ölkədəki 500 min erməninin səsini almaq üçün Türkiyəyə qarşı bu addımları atır. Soyqırım kriteriyaları BMT tərəfindən 1948-ci ildə qəbul edilib, hər hansı ölkəni rəsmi olaraq soyqırımda ittiham etmək üçün mütləq məhkəmə qərarları lazımdır. Türkiyəyə qarşı heç bir məhkəmə qərarının olmadığı halda Fransa və başqa ölkə parlamentlərinin “soyqırım” qərarı qəbul etmələri və ya “soyqırım olmayıb” deyənlərə həbs və pul cəzaları vermək istəmələri heç bir hüquq normasına uyğun deyil. Türkiyəyə qarşı “erməni kartı”nda istifadə etməyə çalışan Nikola Sarkozinin davranışı dövlət adamına yaraşmayan təhrikedici mahiyyətdədir. Bir neçə ay əvvəl onun Ermənistana gedib “soyqırım” abidəsinə əklil qoyması və orada verdiyi açıqlamalar dövlət adamı ciddiyyətindən uzaqdır. Fransanın və Sarkozinin o addımlarının arxasında Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu gizləmək niyyəti də yatır. Məncə ATƏT-in Minsk Qrupunda Fransanın həmsədrliyinin bitərəfliyini sual altına almağa Azərbaycanın hər cür əsası var. Cümhuriyyət Xalq Partiyası fevralın axırına qədər bir neçə dəfə Fransaya səfərlər təşkil edəcək. Ordakı türk diasporasını aktiv duruma gətirməklə birlikdə, Fransa Sosialist Partiyası ilə danışıqlar apararaq son qərarın Senata gəlməsini əngəlləyəcəyik”.

H. Koç 2 ay sonra ermənilərin Xocalıda həyata keçirdikləri qətliamın 20 illiyinin tamam olacağını söyləyib: “Türkiyə və Azərbaycan qüvvələrini səfərbər edərək Xocalı soyqırımının dünya tərəfindən tanınmasına nail olmalıdır. Fransa parlamentinin son qərarı xalqlarımız üçün ibrət dərsi olub. Bu, uzun prosesdir və biz birgə mübarizə aparmalıyıq”.

Geri dön