Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ən mikroblu şey
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Sağlıq > Ən mikroblu şey

Ən mikroblu şey


Ən çox mikrob yayan ev əşyası dəsmaldır

Sağlamlıq Evdəki ən mikroblu əşya dəsmaldır. ANS PRESS-in məlumatına görə, amerikalı alimlər bu nəticəyə gəliblər.

Arizona Universitetinin araşdırmasında dəsmalların üzərində hətta qapı tutacaqları və tualet qapağından da çox mikrob olduğu müəyyən edilib.

Xüsusilə nəm qalan dəsmallar bakteriyaların artması üçün münbit şərait yaradır. Bu dəsmallardan istifadədən sonra mikroblar asanlıqla yayıla bilir.

Mətbəxdə istifadə edilən dəsmalların təhlükəsi isə daha böyükdür. Belə dəsmalların 89 faizi qida zəhərlənmələrinə yol aça bilər.

Bundan qaçmağın ən asan yolu isə dəsmalları tez-tez azı 90 dərəcədə yumaq, nəmqalmasının qarşısını almaqdır.

Qeyd edək ki, bundan öncəki araşdırmlar ən çox mikrob toplaşan şeyin mobil telefon olduğunu ortaya çıxarmışdı. Mikrob yuvası olan telefonlardan uzaq durmaq mümkün olmasa da, ondan qulaqcıqla istifadə təhlükəni nisbətən azalda bilər.

Geri dön