Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycanda və Iranda bu həftənin ictimayi–siyasi mənzərəsi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar, DAVAMın yazıları > Güney Azərbaycanda və Iranda bu həftənin ictimayi–siyasi mənzərəsi

Güney Azərbaycanda və Iranda bu həftənin ictimayi–siyasi mənzərəsi


Milli Dirçəliş Hərəkatı Partiyası Güney Azərbaycan Departamentinin Güney Azərbaycan və İranda bu həftəylə bağlı həftəlik icmalı

Son illərdə olduğu kimi Güney Azərbaycan və Iranda ictimai, iqtisadi və siyasi gərginlik hələki davam edir. İstər hakimiyyət daxili fikir ayrılıqları, istərsə də ölkə daxili iqtisadi gərginlik,qeyri-fars millətlərə və dini azlıqlara qarşı rejimin radikal münasibəti səngimək bilmir.Yeni iş başına gətirilmiş liberal maskalı prezident Həsəın Ruhaniyə islahatçı və liberal gözüilə baxan və onun boş vədlərinə inanan insanlar da yenə molla rejimi tərəfindən aldandığlarını dilə gətirməyə başlayıblar.
Güney Azərbaycanda və İranda olan mənbələrimizin verdiyi son təhlil və məlumatlara görə, Həsən Ruhani hakimiyyətə başlayandan sonra İranda özəliklə qeyri fars vilayətlərdə bütün sahələrdə hər hansı bir yenilik müşahidə olunmayıb, əksinə bir çox sahlərdə vəziyyət daha acınacaqlaı durumdadır.
İşsizlik, bahalıq, ərzaq, su, qaz, işıq poroblemi, ölkəni bürümüş narkomaniya və cinayət tərkibli əməlrin sayı günü gündən artmaqdadır.
İnsan haqları, uşaq və qadın hüquqları pozuntusu, edam və ağır fiziki cəzaların icrası Həsən Ruhani hakimiyyəti dövründə daha da artığı müşahidə olunur.
Beynəlxalq münasibətlərdə də hər hansı bır müsbət irələyiş görünmür. Sadəcə olaraq iranın çürümüş hakimiyyəti ömrünü uzatltmağa yeni yollar axtarır və bəzi qərb və hətta qonşu dövlətlərdə İran rejiminin məkirli siyasətinə aldanırlar. Bütün beynəlxalq insan haqları təşkilatları uzun illərdən bəri İran hakimiyyətindən tələb edir ki, İranda insan haqlarının pozulmasının qarşısını alsın, dini və milli ayrıseçkiliyə son qoyulsun, öhdəlik götrdüyü beynəlxalq konvensiyaları bütün sahələrdə icra etsin. Lakin iran rejimi bütün beynəlxalaq pirinsipləri və öhdəlikləri pozaraq öz istədiyi formada hərəkt edir bu səbəbdəndə İran rejiminə etibar etmək çox çətin məsələdir.
Güney Azərbaycanda davam edən milli azdalıq hərəkatı və insan hüquqları müdafiçilərinə qarşı molla rejiminin təqib və təziqləri hərgün artmaqdadır. Son məlumatlara görə, GüneyAzərbaycanlı fəal Musa Sudi məhkəməyə çağırılıb
Çağırışa əsasən Binabın Azad universitetində təhsil alan fəal 31 dekabrda Təbrizin ümumi inqilab məhkəməsinin 104-cu şöbəsində olmalıdır. Çağırış vərəqəsində -Sizin əleyhinizə şikayət vardır- deyə çağırışın səbəbi göstərilib.

Çağırışın əsas səbəbi isə fəalın Təbrizin “Traxtur” futbol takımının müsabiqələrinin birində tutulması ilə bağlı ola bilər. O 2013-cü il fevralın 26-da “Traxtur”-un Asiya oyunları çərçivəsində birinci qarşılaşdığı Əlcəzirə takımı ilə müsabiqədə tutuqlanıb. O günlərlə ETTELAAT idarəsinin təcridxanasında və Təbrizin mərkəzi zindanında saxlanılıb və sorğu-suala tutulduqdan sonra 500 milyon riallıq mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Urmu gölü etirazlarına qoşulduğuna görə həbs cəzasına məhkum edilən fəallardan daha birisi zindana salınıb.
Azərbaycanlı milli-mədəni fəal Vəhid Faizpur noyabrın 23-də Urmiyə Prokurorluğunun Hökmlərin İcrası Dairəsinə müraciət etdikdən sonra barəsində məhkəmə tərəfindən çıxarılan həbs qərarını çəkmək üçün Urmiyənin mərkəzi zindanına aparılıb.
Azərbaycanlı fəal Urmiyə məhkəməsinin 107-ci şöbəsi tərəfindən ümumi asayişi pozmaq ittihamı ilə 50 zərbə şallaq və 5 milyon rial cərimə ödəməyə məhkum edilib.

Qərbi Azərbaycanın Apelyasiya Məhkəməsinin 10-cu şöbəsinin rəisi Məhəmməd Cəlili 50 zərbə şallağı 5 milyon rial cərimə ilə əvəz edib və bununla da azərbaycanlı fəal toplam olaraq 10 milyon rial cərimə ödəməyə məhkum edilib. Məlumata görə, azərbaycanlı fəal təyin edilmiş cəriməni ödəmədiyi üçün həbs olunub.

Qeyd edək ki, adını çəkdiyimiz fəal 2011-ci ilUrmu gölü ilə bağlı keçirilən kütləvi etiraz aksiyaları zamanı tutuqlanıb, sonra mülki vəsiqə qarşılığında sərbəst buraxılıb. O bundan öncə də Azərbaycanın milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə tutuqlanıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Baqir İbrahimpur Təbrizin inqilab məhkəməsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib.

Azərbaycanlı fəalın məhkəmə iclası oktyabrın 20-də Təbrizin inqilab məhkəməsinin 2-ci şöbəsində keçirilib. Fəal, hakim İmaninin sədrliyi ilə keçirilən iclasda sistemin əleyhinə təbliğ və qanunsuz qrup yaratmaq kimi saxta ittihamlarla suçlanıb.

Azərbaycanlı fəal bundan öncə də müstəntiq tərəfindən çağırılıb və qanunsuz qrup yaratmaqda günahlandırılmışdır. Fəal “Laçın” uşaq qrupuna üzv olmaq üçün ittihamlarla üzləşib.

O bundan 200 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

“Laçin” qrupu Azərbaycanın milli musiqi və rəqsi kimi mədəni və incəsənət sahəsində fəaliyyət göstərir.

Qeyd edək ki, keçən aylarda İran Kəşfiyyat Nazirliyi Təbrizdə fəaliyyət göstərən “Laçın” qrupunun İstanbulda keçiriləcək Türk Dünyası Uşaq Festivalına qatılmasının qarşısını alıb. Belə ki, qrup üzvü Bağır İbrahimpur mayın 28-də ETTELAAT-ın Təbriz şöbəsinə çağırılaraq dindirilib. Ona deyiblər ki, “Laçın” qrupunun üzvləri İstanbula aldıqları biletləri qaytarmalı, festivala qatılmaqdan imtina etməlidirlər.

Qrup üzvləri İstanbula səfəri mayın 29-na planlaşdırıbmış.

“Laçın” qrupu 1998-ci ildə yaradılıb. Qrupun əsas fəaliyyəti azərbaycanlı uşaqlara pulsuz ana dili kursları təşkil etmək, onlara Azərbaycan rəqs və musiqisini öyrətmək, Azərbaycan mədəniyyətini təbliğ etməkdir.

Urmiyənin mərkəzi zindanının 12-ci bölümündə aclıq aksiyasına başlayan siyasi məhbuslar 5-ci gündür aksiyanı davam etdirir.
29 siyasi məhbus noyabrın 20-dən aclıq aksiyasına başlayıb və bu günə qədər aksiyaları davam edir. Onlar siyasi məhbuslara edilən təzyiqə etiraz olaraq aclıq aksiyası keçirir.

Məhbusların əsas tələbi siyasi məhbusların, qətl və narkotik maddələri ilə əlaqədar həbs olunan məhbuslardan ayrı bölümlərdə saxlanılmasıdır.

Zindan məsullarının aclıq edən məhbuslara, aksiyanı dayandırmaq üçün təzyiq göstərdikləri bildirilir.
5 ay Tehranın Evin zindanında saxlanan İran və Böyük Britaniya vətəndaşı Qönçə Qəvami müvəqqəti azadlığa buraxılıb.

Qönçənin anası Süsən Müştaqiyan noyabrın 23-də jurnalistlərə deyib ki, qızı apellyasiya məhkəməsi keçirilənə qədər 100 milyon tümənlik (təxminən 33 min dollar) girovla azadlığa çıxıb.

25 yaşlı Qönçə Qəvami bu il iyunun 20-də Tehranın “Azadlıq” idman kompleksi qarşısında tutulub. O, İran və İtaliyanın kişi voleybol yığmaları arasında keçirilən oyunu izləmək istəyirmiş. İranda qadınların stadionlara və digər idman komplekslərinə daxil olması qadağandır.

Gənc azarkeş əvvəlcə sistemə qarşı təbliğatda günahlandırılıb, sonradan ona qarşı yeni ittihamlar irəli sürülüb. Tehran prokurorluğu noyabrın 18-də bəyanat yayaraq Qönçə Qəvamini xaricdəki İran müxalifəti ilə əlaqə saxlamaqda, peyklə ölkəyə verilişlər yayan xarici telekanallarla münasibətdə, sistemə qarşı toplantılara qatılmaqda və tutulandan sonra aparıldığı polis bölməsindən şəkillər çəkmədə günahlandırıb.

Keçən bir neçə ay ərzində güneydə yaşayan bəhayi türklərə qarşı basqıların çoxalmasından sonra Həmədan vilayətində iki bəhayi ailəsinə məxsus evlərin naməlum şəxslər tərəfindən yandırılması ilə əlaqəli xəbərlərin yayılması bu azlığın təhlükəsizliyi ilə bağlı narahatlıqları xeyli artırıb.

Noyabr ayının 15-də yayılan xəbərlərə görə, keçən iki həftə ərzində Həmədan vilayətinin Üçtəpə və Əmzəcird kəndlərində bəhayi türklərdən olan Himməti və Əqdəsi ailələrinin evləri naməlum şəxslər tərəfindən yandırılıb.

Hüquq müdafiəçiləri son bir neçə ayda Təbriz, Urmiyə və Həmədan kimi şəhərlərdə ailə üzvləri daxil olmaqla bir çox bəhayinin fərdi və kollektiv şəkildə nəzarət altına alındığını bildirirlər. Bunların bəzisi mühakimə edildildikdən sonra ağır həbs cəzası ilə üzləşib.
İranda insan haqları pozuntuları ilə bağlı məlumat yayan HRA agentliyi olay zamanı hər iki ailənin Həmədan şəhərindəki evlərində olduqlarını bildirib.

İnsan haqları qrupları həmçinin ötən ay ərzində Təbrizdə vəfat edən azı iki bəhayinin Təbriz məzarlığında dəfninə icazə verilmədiyini yazıblar.

Yayılan məlumata istinadən, məmurlar 12 yaşlı Mohənna (Məhna) Səməndəri və 85 yaşlı Nərgis Xatın Bərqabadinin cəsədlərini müvafiq olaraq vəfat etdikdən 24 gün və 5 gün sonra ailələrinin razılığı alınmadan Qərbi Azərbaycan vilayətinin Qoşaçay şəhərində dəfn ediblər.

Hüquq müdafiəçiləri son bir neçə ayda Təbriz, Urmiyə və Həmədan kimi şəhərlərdə ailə üzvləri daxil olmaqla bir çox bəhayinin fərdi və kollektiv şəkildə nəzarət altına alındığını bildirirlər. Bunların bəzisi mühakimə edildikdən sonra ağır həbs cəzası ilə üzləşib.

İran Azərbaycanında yaşayan türklərin əksəriyyəti şiədir, ancaq digər inanclara mənsub olan toplumlar, o cümlədən əhli-haqq/ələvilər, sünnilər, bəhayilər və xristianların da sayı az deyil. Güneyli hüquq müdafiəçiləri İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan qeyri-şiə türklərin həm etnik, həm dini ayrı-seçkiliyə məruz qaldığını vurğulayırlar.
İranın müxalifət saytları yazır ki, Məhəmməd peyğəmbəri təhqir etdiyi iddia olunan İnternet fəalına ölüm hökmü qüvvədə saxlanıb. Soheil Arabi ötən il İslam İnqilab Qvardiyası tərəfindən həbs olunub. Onun facebook-da müxtəlif adlar altında postlar yerləşdirdiyi bildirilir.

Arabi-nin həyat yoldaşı Nastaran Naeimi deyir ki, fəala qarşı yeganə sübut onun olduğu iddia olunan facebook postlarının çap formasıdır. Xanım bildirir ki, əri fotoqrafdır, həmin postların heç də hamısını özü yazmayıb.Son aylar İranda bir neçə facebook fəalı həbs olunub.
Bu arada Bəluçistan vilayətində 3 nəfər polis məmuru yerli Bəluçlar tərəfindən silahlı basqına mruz qalaraq öldürülüb yerrli mənbələrimizin bildirdiyinə görə polislərə və molla rejiminin təhlükəsizləik məmurlarına qarşı əsasən sünni məzhəbinə mənsub olan Bəluçlar həyata keçirir və mərkəzi hakimiyyətə qarşı Ceyşül Ədli silllahlı quruplaşma bu tip basınlara rəhbərlik edir.
Buunla yanaşı İran hakimiyyəti əhalini qorxuda saxlamq məqsədilə ölkə boyunca edam hökmləri icra etməkdə davam edir son həftələrin məlunmatına görə iran rəsmi orqanları 40 nəfər mhkümün edam olunduğunu təsdiqləyib.
Bu arada Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi mərkəzi hakimiyyətin Urmu gölünə laqeyd münasibətindən danışıb və bildirib ki: Nadir Qazipur parlamentdəki çıxışında deyib:

“Nə üçün Urmu gölünün ətraf-mühit problemi bu qədər şorunu olan bir universitetə tapşırılıb?! Məndə olan məlumata görə, Şərif sən`əti universitetinin 35 min məzunu iş tapmaq vəya təhsilini davam etdirmək məqsədi ilə xaric ölkələrə üz tutub, bu qəbuledilməzdir. Ölkədən xaricə “beyin axını” xarici ölkələrin dəvəti ilə baş tutur, lakin bu ölkələrin öyrəncilərlə necə əlaqə saxladıqları bəlli deyil.”

Müşahidələr göstərir ki, bu universitetin bəzi ustadları “beyin axını” prosesinə yardım edirlər.

İndi sual bundan ibarətdir: “Nə üçün Urmu gölünün ətraf-mühit problemi bu qədər sorunu olan bir universitetə tapşırılıb. Urmu gölünün sənaye problemi yoxdur, gölün su problemi var. Bu da Urmiyə universiteti və keşavərzi fakultetində (kənd təsərrüfatı) araşdırılmalıdır.

N.Qazipur Urmu gölünün 95 faizinin quruduğuna işarə edərək deyib ki, “Qərbi Azərbaycan Vilayətin kənd təsərrafatı İdarəsi , Ətraf-Mühit Mühafizə İdarəsi, Urmiyə uiniversiteti və s. kimi illərin təcrübəsinə malik orqanları var. Belə bir halda Urmu Gölünü Canlandırma Mərkəzinin bu vilayətdən xaricdə yerləşdirilməsi heç bir şəkildə doğru deyil.
Bu arada uzun müddətdən bəri qərb ölkələrilə nüvə silahı əldə etmək məqsədilə məsləhəti müzakirələr aparan iran rəsmiləri yenə bu müzakirələrdən ciddi nəticə əldə edə bilməyib və müzakirələrin hələ davam etdirmə təklifinə tərəflar razılaşıb amma bunuda bilmək lazımdır ki İran rejiminə vaxtın uzadılması sərf edir və İran rejimi bu fürsətddən yararlanaraq nüvə sahaəsində dahada ciddi irəlləyiş eəldə edəcək və buda qərb və israyil üçün çox təhlükəli bir fürsət olacaq. İranın ali baş komandanı dini lider Əli Xamnayi nüvə müzakirələrinin uzadılması fikirini dəstəklədiyini, lakin danışıqlar baş tutmasa ABŞ-ın çox şeyi itirəcəyini deyib.

Televiziya ilə çıxışı zamanı Ayətulla Əli Xameneyi bildirib ki, razılıq əldə edilməsinə qoyulan möhlətin uzadılmasına etiraz etmir.

Daha əvvəl İranın ali ruhani rəhbəri ABŞ və onun “Avropa müstəmləkələrinin” İranı diz çökdürməyə nail ola bilmədiyini bildirmişdi.

İran və 6 dövlətin xarici işlər nazirləri İranın nüvə proqramına dair zamanı razılıq əldə edə bilmədiklərinə görə müzakirələrin müddəti iyul ayının 1-dək uzadılıb.

Diplomatlar martın 1-dək iş planını hazırlayacaqlarını və 3 ay sonra onun təsdiqinə nail olacaqlarını bildirib.

ABŞ, Britaniya, Çin, Fransa və Almaniya nümayəndələrinin iştirak etdiyi müzakirələr zamanı Iranın nüvə proqramına dair yekun razılıq əldə edilməli idi.


Başaq tərəfdən isə İran rejimi bölgə ölkələrlə özəliklə Azərbaycan respublikası ilə üzdə münasibətləri yaxşılaşdırmağa çalışır və iran qarşı tətbiq olunan sanksuiyalardan yayınmaq məqsədi güdür.
Məlum olduğu kimi, İran prezidenti Həsən Ruhani Azərbaycana ilk rəsmi səfərə yekunlaşdi. Rəsmi məlumata görə, ölkələr arasında 10-dək sənəd imzalanıb.
Son zamanlar İranla Qərb arasında zahirdə münasibətlərin yumşalması fonunda Ruhaninin Azərbaycana səfəri diqqət cəlb edir.
Ruhaninin 2013-cü ildə prezident seçiləndən sonra Azərbaycana ilk səfərini iki ölkə münasibətləri üçün “uğurlu” ola biləcəyini proqnozlaşdırırlar.
Bəzi ekspertlər Azərbaycan və İran arasında münasibətlərdə hələ də “gərginliyin” qaldığını düşünsə də, bu səfəri “müsbət” dəyərləndirirlər.
Güney Azərbaycan və İranda olan mənbələrimizin bildirdiyinə görə Azərbaycan və İran arasında müzakirə olunası mövzuların kifayət qədər olduğunu düşünür və İran prezidentinin səfərinin “gərgin dipomatik əməyin zirvəsi adlandırır.
Səfərin “uğurlu” olduğunu düşünənlərin fikrincə, Azərbaycanın İranla “sağlam münasibət” qurmasını həm də İranın Qərblə münasibətlərinin normallaşması şərtləndirir.
“İran rejimi nəhayət anlayıb ki, Azərbaycanın İran üçün çox böyük geosiyasi əhəmiyyəti var. Digər tərəfdən münasibətlərdə yaxşılaşma baş verirsə, Azərbaycanın İrana qarşı baza rolunu oynamasının əhəmiyyəti azalır”.
Xəzərin statusu ilə bağlı Həştərxan sammitindən sonra danışıqlarda “irəliləyiş” olduğu və ümumi bir “razılaşma və hərəkətliliyin” olduğunu qeyd etmək olar.
“Bu da imkan verir ki, cənub-şimal dəmir yollarının, avtomobil yollarının inşası sürətlənsin. Bütün bunlar bəs edir ki, Azərbaycanla İran arasında münasibətlər yaxşılaşsın. Azərbaycan vətəndaşlarının İranla ticarətdən faydalandığını qeyd edənlərin sözlərinə görə, Azərbaycan tərəfi münasibətlərin inkişafı üçün öz öhdəsinə düşən addımları atacaq.
Əsələn Təbrizdən olan siyasi təhlilçi hesab edir ki, “İraqda və Suriyada İŞİD fəaliyyət göstərir və bu təriqətçi, terrorçu təşkilatın hədəfə aldığı ölkələrdən biri İrandır və bu məsələdə Azərbaycanla İranı müəyyən müştərək maraqlar birləşdirir. Çünki İŞİD-in tərkibində xeyli azərbaycanlılar döyüşür. Azərbaycan da İran kimi olmasa da əsasən şiə müsəlman əhalisindən ibarətdir. Şübhəsiz ki bu məsələ Azərbaycan üçün də əsas məsələdir”,
Adıçəkilən məsələnin gündəmdə ola biləcəyini qeyd edən politoloqun fikrincə, bu məsələdə əməkdaşlıq məsələləri müzakirə edilməsi istisna deyil.
İranla Qərb münasibətlərinin yaxşılaşdığını vurğulayan təhlilçinin sözlərinə görə, enerji təhlükəsizliyi məsələsi gündəmdə müzakirə oluna biləcək mövzudur.

“Şübhəsiz ki, bu məsələdə İran üçün Azərbaycan çox önəmli partnyordur, tranzit ölkəsidir və bu məsələdə bilavasitə iştirak eliyən ölkə kimi Azərbaycanın təcrübəsi önəmli ola bilər” İran rejimi əgər Azərbaycan dövlətini indiyə qədər səmimi qəbul etsəydi və sovetlər birliyi dağılan zaman Azərbaycana qardaşcasınna əl tutsaydı və işğalçı Ermənistanı hər tərəfli dətəkləməsəydi indi İran və Azərbaycan münasibətləri göründüyündən qat qat üstün səviyyədə idi.İran rejimi Azərbaycan müstəqiliyini əldə edəndən sonra bu günə qədər Azərbaycan dövlətçiliyənə qarşı müxtəlif formalarda təxribatlar həyata keçirib.Bununlıa yanaşı İran əhalisinin 50% Azərbaycanlıdır və Azərbaycan respublikasını öz dövlətləri hesab edirlər əgər İranın mərkəzi hakimiyyəti Azərbaycanla münasibət qurmaqda səmimidirsə io zaman Ermənistanı işğalçı dövlət kimi tanımalı və Xocalı soyqırımını tanımalıdır və Ermənistsn ordusunun dərhal Azərbaycanın işğal etdiyi torpağlardan geri çəkilməyi tələb etməlidir.Amma İran rejimi Azərbaycanla münasibət qurmaqda səmimi deyil.
İran iqtisadi və siyasi bolokadadan çıxmaq üçün Azərbaycanın beynəlxalq nüfuzundan yararlamağa çalışır başaq tərftən isə İran rejimi daxilindədə Azərbaycana münasibət eyni deyil.Məlum olduğu kimi, iranda rejimi daxili ixtilaflar hələdə davam etməkdədir.Mühafizəkar düşərgənin çoxunluğu Azərbaycan respublikasilə iran arasında münasibətlərin yaxşılaşmasını qətiyyətlə qəbu etmirlər ,hətta Azərbaycanı rəsmən dövlət olaraq tanmaq istəmirlər.Müstəqil Azərbaycan dövlətini “Şimali İran” adlandırırlar və iddi edirlər kı, Azərbaycan respublikasini siyonistlər,pantürkistlər,və anti müsəlman qüvvələr idarə edir və hədəfləridə İranı parçalamaqdır.
Ruhaninin Azərbaycan səfərindən qayıdandan sonra iran rəsmi fars xəbətr agentliyi yenə anit Azərbaycan yazılar yaymağa başlayıb.
İranın Fars xəbər agentliyi “Pantürkizmin saxta iddiaları və vətənpərəst Sattarxan” başlıqlı yazıda Azərbaycan Respublikası və Türkiyəni pantürkizmi dəstəkləməkdə ittiham edib.
“Fars” xəbər agentliyi Pantürkizm adlandırdığı cərəyanla bağlı sözdə universitet ustadı və tarixçi alim Kamruz Xosrəviyə müraciət edib. Sayt bu gün 17 11 2014 cil tarində yaydığı məlumatda K.Xosrəviyə istinadən yazıb:

“Azərbaycan Respublikası və Türkiyə pantürkizm siyasətini dəstəkləyir və ona maliyyə və informasiya baxımından dəstək verir. Pantürkizmin məqsədi dünya türklərini birləşdirməkdir. Pantürkizmin əsas təhlükəsi Orta Asiyadadır. Çalışılır ki, özbəklərlə taciklər arasında ixtilaf yaransın və bu baş verərsə İran da bu problemə cəlb olunacaq. Azərbaycan Respublikası pantürkizmin ixtiyarına Televiziya (böyük ehtimalla GünAz TV nəzərdə tutulur) da qoyub.”

Həmin yazıda Azərbaycanın böyük tarixi qəhhrəmanı Sattarxan bir İrançı kimi qələmə verilir və pantürkizm adlandırdıqları cərəyanın yəhudilər tərəfindən yaranmış bir tarixi cərəyan kimi göstərilir. Həmçinin Sovet hökuməti (Şurəvi) dağıldıqdan sonra Azərbaycan yazıçıları tarixi təhrif etməkdə günahlandırılır.

İran rejimi üzdə Azərbaycanla münasibətləri yaxşlaşırmaq istəsədə hakimiyyət daxili münaqişələr buna imkan verməyəcək.hansısa sənədklər imzalana bilər amma onlarin icrası və həyata keçirilməsi bir az qaranlıq görünür.
Ola bilər ki İran hakimiyyətində bəziləri olsun ki Azərbaycala münasibətlərin yaxşılaşmasını səmimi olaraq istəsin lakin bu rejimin mahiyyətində anti Türk və anti Azəərbaycan təfəkürü çox dərin qatdardadır.
Tehranda məhkəmələrin birində vəkil işləyən əslən Urmudan olan soydaşımız adının qeyd olmamsını bildirərək bu məsələyə belə münasibət bildirdi.
İranın Azərbaycanla münasibətlərinin yaxşılaşmasının köklü və dərinləşəcəyinə inanmır.O bildirir ki Ruhani Hakimiyyəti iranın xarici siyasətində bir az dönüşlər etsədə ciddi bir nailiyyət əldə edə bilməyib nə qərblə nüvə məsələsində nədə qonşu ölkələrlə.Sadəcə olaraq iran rəhbərliyi uzun illərdən bəri mənimsədikləri milyardlarla çirlki pulları və sərvəti azərbaycan vasitəsilə yumağa çalışırlar və hakimiyyətlərini qorumaq məqsədilə iqtisadi və siyasi blokadadan çıxmağa çalışır.
Əgər Ruhani hakimiyyəti Azərbaycanla münasibtlərində yeni bir mərhələ açmaq məqsədi olsaydı ən az ermənistlla münasibətlərinə yenidən baxmalı idi.Amma tam tərsinə olaraq Ruhani hakimiyyəti Ermənisdtanla münasibətlərini dahada genişləndirir və hətta Ruhani Azərbaycandan qaydandan sonra tehranda “Erməni Soyqırımı sərguisi fəaliyyətə başlayıb.Beləki, İran prezidenti Həsən Ruhaninin Bakı səfərindən az sonra İran rejiminin dəstəyi ilə Türkiyə və Azərbaycan əleyhinə tədbir keçirilib.
İranda iki gün fəaliyyət göstərən qondarma erməni “soyqırımı”na dair fotosərgi açılıb. Fars şovinizmi tərəfindən xüsusi dəstəklənən sərgi Tehranın Ərəsbaran Mədəniyyət sarayında açılıb. Bazar günü keçirilən açılış mərasiminə Ermənistanın İrandakı səfiri Qriqor Arakelyanın, İran ermənilərinin maraqlarını parlamentdə təmsil edən deputat Karen Xanlaryanın, saxta “soyqırım muzey-institutunu”nun direktoru Ayk Demonyan, incəsənət xadimlərinin qatıldığı bildirilir. Mərasimdə ermənilərlə yanaşı fars şovinistlərindən də bir çox yerli tanınmış şəxs qatılıb. Sərgi iki gün fəaliyyət göstərib.

Qeyd edək ki, hər il ermənilər tərəfindən Azərbaycan və Türkiyə əleyhinə keçirilən müxtəlif tədbirlərə rəğmən, İranda Dağlıq Qarabağ, və Xocalı Soyqırımı kimi mövzularla bağlı heç bir mərasim keçirmək mümkün olmur. Belə mərasimləri keçirməyə cəhd göstərən azərbaycanlılar həbs edilir və təzyiqlərə məruz qalır.

MDHP Güney Azərbaycan Departamenti

Geri dön