Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat, millət vəkili Fərəc Quliyev Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Fərəc Quliyev > Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat, millət vəkili Fərəc Quliyev Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, istiqlalçı deputat, millət vəkili Fərəc Quliyev Azərbaycan xalqını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir


“Azərbaycan xalqı varoluşunun bütün dönəmlərində mübarizlik nümayiş etdirməklə hər şeyin ən gözəlinə layiq olduğunu sübut edib. Eyni zamanda dövlətimiz milli dəyərlərə sadiqliyini bu dövləti qurarkən də nümayiş etdirib. Müstəqil Azərbaycan məhz bu dəyərlər üzərində qurulub.
Aydın məsələdir ki, qələbəyə gedən yol həmrəylikdən, milli birlikdən keçir. Xalqımız bir dəfə sərhəddləri dağıtmaqla öz iradəsi, əzmi ilə hər iki imperiyaya bunu sübut etdi.
Bu il biz müstəqilliyimizin bərpasının 20 illik yubileyini qeyd elədik. Milli Dirçəlişimizdən keçən bu 20 il tarix baxımından qısa bir müddət olsa da mən inanıram ki, bu dövlətin müstəqil olmasında, qurulmasında, günümüzə qədər gəlib çıxmasında tökülən qanlar bihudə getməyəcək. Və yenilənən hər təqvim ilində onlar ürəklərimizin daha dərinlərində kök salacaq. Bir də ona inanıram ki, Bütöv Azərbaycan ideologiyası qısa vaxtda gerçəkləşəcək, o taylı-bu taylı Azərbaycan, Qarabağ problemimiz həll olunacaq. Hər birinizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü, eyni zamanda Yeni İl bayramı münasibətilə təbrik edir, bütövlük, birlik arzu edirəm. Dünyada yaşayan bütün azərbaycanlıları, soydaşlarımızı daha sıx birliyə dəvət edirəm.
Bayramınız kutlu olsun!”

Sayqılarla Milli Dirçəliş Hərəkatı
Partiyasının sədri, millət vəkili Fərəc Quliyev

Geri dön