Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DİN Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə edilən basqınla bağlı məlumat yayıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > DİN Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə edilən basqınla bağlı məlumat yayıb

DİN Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə edilən basqınla bağlı məlumat yayıb


Nazirliyin mətbuat xidmətindən verilən məlumat görə, dekabrın 6-da saat 06 radələrində üzlərinə maska taxmış 3 naməlum şəxs qanunsuz yolla Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində yaşayan Dağ Yəhudiləri İcmasının rəhbəri Boris Simanduyevin evinə daxil olaraq onu və bacısı Lizanı soyuq silahla hədələyib müxtəlif dərəcəli bədən xəsarətlər yetirib, mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları götürərək hadisə yerini tərk ediblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.3.2-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.


Cinayətin “isti izlər”lə açılmasını təmin etmək məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hadisəni törədənlər - Eldar Avadyayev, Xalid Seyidov, Türkanə Rəhimova, Turac Vəliyev və Əfqan İbrahimov polis əməkdaşları tərəfindən tutulublar.

Evdən aparılmış pul və qızıl-zinət əşyaları maddi sübut kimi götürülərək istintaq təhvil verilib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Geri dön