Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > 1988-ci il soyqırımı anıldı (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, Bildiriş, Qərbi Azərbaycan-İrəvan > 1988-ci il soyqırımı anıldı (video)

1988-ci il soyqırımı anıldı (video)


Milli Dirçəliş Hərəkatı Partiyasının Qərbi Azərbaycan Departamenti 1988-ci ildə Qərbi Azərbaycandan türklərin 8 dekabrdan başalayaraq soyqırım və departasiyasının ildönümüylə bağlı tədbir keçirib. Tədbiri giriş sözüylə açan MDHP Qərbi Azərbaycan Departamentinin sədri Əli Rzayev tədbirin mahiyyəti barədə məlumat verdikdən sonra, məruzə üçün sözü həmin hadisələrin tədqiqatçılarından olan şərqşünas-alim Mirzə Ənsərliyə verdi. Məruzəçı, 1988-ci ilin dekabırında Qərbi Azərbaycanda cərəyan edən hadisələr barədə məlumat verdikdən sonra, Rusiyanın dəstəyi ilə yaşanmış soyqırım və departasiyanın miqyası və bu faktların gizlədilməsi cəhdləri barədə danışdı.
Sonra mövzu ilə bağlı MDHP sədrinin ideoloji işlər üzrə müavini Həbib Ələkbərsoy, MDHP mədəniyyət bölməsinin rəhbəri Niftalı Göyçəli, MDHP Güney Azərbaycan Departamentinin sədri Əlirza Amanbəyli, jurnalist Bəhram Rzayev və bir neçə hadisə şahidləri çıxışlar etdilər. Çıxışçılar ermənilərin törətdiyi bu və digər soyqırım və vandalizm hadisələrinin heç vaxt bənzəri olmadığını vurğulamaqla, bu kimi tədbirlərin tez-tez kemirilməsinin və bacardığımız qədər geniş təbliğ etməyimizin vacibliyini bildirdilər.
Həmin tədbirin videosunu təqdim edirik:

video açılmazsa BURAYA TIKLAYIN

Geri dön