Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Girovlarımıza ağır cəza
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Hadisə > Girovlarımıza ağır cəza

Girovlarımıza ağır cəza


Erməni prokuror Karen Qabrielyan kəlbəcərli girovlar üçün cəza istəyib
Kəlbəcərli girovların "məhkəmə prosesi" bu gün də davam etdirilib.

Erməni prokuror Karen Qabrielyan Dilqəm Əsgərov üçün ömürlük, Şahbaz Quliyev üçün isə 22 il iş istəyirb. O, Dilqəm Əsgərovu mövcud olmayan dövlət sərhədini qanunsuz keçməkdə ittiham edərək çəkiliş aparmaqda ittiham edib. Erməni prokuror yeniyetmə Smbat Tskanyanı Dilqəm Əsgərovun öldürdüyü deyərək onun ermənilərə olan nifrətini Şahbaz Quliyevə "sənin erməni yazığın gəlir?" sualını verməsilə əsaslandırıb.

Xatırladaq ki, yaxınlarının məzarını ziyarət etmək üçün doğma kəndlərinə getmiş Şahbaz Quliyev, Dilqəm Əsgərov iyulun 11-də Kəlbəcərdə girov düşüb. Həsən Həsənov isə saxlanılarkən öldürülüb.

Ermənilər saxlanılan şəxsləri diversant kimi təqdim edir. Xankəndində Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində "məhkəmə" qurulub.

Qeyd edək ki, məhkəmə məzhəkəsi 27 oktyabrda başlayıb.

Geri dön