Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Cenevrədə ABŞ dövlət katibi və İranın xarici işlər naziri arasında görüş keçiriləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasət > Cenevrədə ABŞ dövlət katibi və İranın xarici işlər naziri arasında görüş keçiriləcək

Cenevrədə ABŞ dövlət katibi və İranın xarici işlər naziri arasında görüş keçiriləcək


Yanvarın 14-də Cenevrədə ABŞ dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında görüş keçiriləcək.

Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin məlumatında belə deyilir.

“İkitərəfli görüş İranın nüvə proqramı ilə bağlı növbəti müzakirələr ərəfəsində baş tutacaq”, məlumatda qeyd edilir.

Bundan əvvəl İSNA agentliyi İranın xarici işlər nazirinin müavini Abbas Araqçıya istinadən Məhəmməd Cavad Zərif və Con Kerrinin yaxın günlərdə Cenevrədə görüşəcəkləri barədə xəbər verib.

Xatırladaq ki, İran və "altılıq" ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa, Almaniya) arasında nüvə danışıqlarının növbəti raundu yanvarın 18-də keçiriləcək.

Geri dön