Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səfir soyqırım demədi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > Səfir soyqırım demədi

Səfir soyqırım demədi


Con Bass 1915-ci il hadisələrinin tarixə aid olduğunu bildirib
ABŞ-ın Türkiyədəki səfiri Con Bass "Sabah" qəzetinə verdiyi müsahibədə "erməni soyqırım"ı məsələsindən danışıb, 1915-ci ildə baş verən hadisələrin tarixə aid olduğunu bildirib.

2014-cü ilin sentyabrında Ankaraya səfir təyin edilmiş C.Bass erməni jurnalistin "Bu il "erməni soyqırımı"nın 100 illik ildönümü qeyd ediləcək. Bununla bağlı ABŞ-ın siyasətində dəyişiklik varmı" sualına cavabında deyib ki, "Senatda vurğulandığı kimi, biz bu hadisələrin dəqiq öyrənilməsinin, tədqiqatının aparılması tərəfdarıyıq. Bu, Türkiyə, Ermənistan və ABŞ üçün faydalı olacaq. Bu nöqteyi-nəzərdən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi müraciəti son dərəcə əhəmiyyətlidir."

O ümidvar olduğunu söyləyib ki, 1915-ci il hadisələrinə yenidən baxıldıqdan sonra həmin dövrdə baş vermiş proseslərə düzgün qiymət veriləcək.

ABŞ səfiri müsahibəsində "soyqırım" terminindən istifadə etməyib və buna tarixin qiymət verməsinin zəruriliyini ön plana çəkib.

Xatırladaq ki, ötən il aprelin 24-dü ərəfəsində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan adından yayılan mesajda "erməni xalqına başsağlığı veririk" ifadəsi yer almışdı.

Geri dön