Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakı Uşaq Teatrının repertuarınd "Turp" tamaşası.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Afişa, Mədəniyyət > Bakı Uşaq Teatrının repertuarınd "Turp" tamaşası.

Bakı Uşaq Teatrının repertuarınd "Turp" tamaşası.


Bakı Uşaq Teatrı keçən həftə məktəblərdə 3-5-ci sinif şagirdləri arasında aksiya keçirmişdir. Aksiyada şagirdlərə verilən sualları düzgün cavablandıran uşaqlar teatrın 31 yanvar və 01 fevral tarixlərində nümayiş olunan “Turp” tamaşasına dəvətnamə ilə mükafatlandırılmışlar. Bu aksiyanın məqsədi şagirdlərin biliklərə yiyələnməsində məktəb kollektivinə köməklik göstərmək, eləcə də yaxşı oxuyan şagirdlərin əməklərinin qiymətləndirilməsi, biliyin həmişə qalib gələcəyi fikrini şagirdlərə əyani olaraq göstərilməsi olmuşdur. Teatr rəhbərliyi gələcəkdə də belə aksiyaların keçirilməsini planlaşdırır.
Aksiyanın qaliblərinə nümayiş olunan Turp nağılı əsasında İntiqam Soltanın quruluş verdiyi “Turp” tamaşası vaxtilə teatrın repertuarında olsa da, bu dəfə gənc aktyorlarla yenidən səhnələşdirilmişdir. İntiqam Soltanın yeni tərkibdə təqdim etdiyi bu tamaşa demək olar ki, premyeradır.
“Turp” nağılının motivləri əsasında hazırlanmış, həm böyüklər, həm də azyaşlılar üçün nəzərdə tutulmuş eksperimental tamaşada tamaşaçılar yaxından iştirak edir və rol bölgüsünü müəyyənləşdirirlər.
Tamaşanın müddəti 45-50 dəqiqədir (zalın fəallığından asılı olaraq) Tamaşanı istənilən məkanda nümayiş etdirmək mümkündür.


Geri dön