Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Miras” adlı yeni tamaşa hazırlanır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Köşə yazarları, Afişa > “Miras” adlı yeni tamaşa hazırlanır

“Miras” adlı yeni tamaşa hazırlanır


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Miras” adlı yeni tamaşa hazırlanır.

Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərinin müəllifi tanınmış yazıçı – dramaturq Hüseynbala Mirələmovdur.

Yeni səhnə əsərinin mövzusu bir ailə daxilində müxtəlif əqidəli insanların fikir ayrılığı, sovet quruluşunun bərpa edilməsi arzusu ilə yaşayan sabiq partiya işçisi və onun silahdaşları, digər tərəfdən firavan həyat naminə ölkəsini tərk edib getmiş gəncin acı taleyi və onun valideynlərinin övladlarına kömək etməkdə yeganə ümid yeri olan yaşadıqları mənzilin satılması üçün ev sahibi yaşlı atanı yola gətirməsindən bəhs olunur.

İlk nümayişi may ayında nəzərdə tutulan tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində əsas obrazları xalq artisti Yasin Qarayev, əməkdar artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edəcəklər.

Geri dön