Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Regionların genişzolaqlı internetlə təmin edilməsi layihəsinə başlanılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Regionların genişzolaqlı internetlə təmin edilməsi layihəsinə başlanılıb

Regionların genişzolaqlı internetlə təmin edilməsi layihəsinə başlanılıb


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi bir sıra rayonların genişzolaqlı internet xidməti ilə təmin edilməsi layihəsinə start verib.

Nazirlikdən verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanın 25 rayonunun 236 kəndi 1,4 min km optik kabel çəkilməklə 25 min internet portu ilə təmin ediləcək: «Artıq Yevlax, Kürdəmir, Hacıqabul, Şəki, Masallı, Ağsu, Ağdam, Sabirabad, Saatlı, Yardımlı, Biləsuvar, Neftçala, Astara və Lerik rayonlarında işlərə start verilib».

Qeyd edək ki, layihənin icrası ilə əlaqədar «Aztelekom»un elan etdiyi tenderin qalibi Çinin «Huawei» şirkətidir.

Geri dön