Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiyada qrip virusuna yoluxanların sayı 30 milyon nəfərə çatıb, 1000-dən çox məktəb bağlanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Rusiyada qrip virusuna yoluxanların sayı 30 milyon nəfərə çatıb, 1000-dən çox məktəb bağlanıb

Rusiyada qrip virusuna yoluxanların sayı 30 milyon nəfərə çatıb, 1000-dən çox məktəb bağlanıb


Rusiya qrip epidemiyası astanasındadır.

Bu barədə Sankt-Peterburqda yerləşən Qrip Elmi Təhqiqatlar İnstitutunun yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, ötən həftə Rusiyanın 59 şəhərində qrip virusuna yoluxanların sayı 30 milyon nəfər təşkil edib. Ötən həftələrlə müqayisədə müvafiq göstərici 26,7 faiz artıb. Xəstəlik bütün yaş qruplarında, o cümlədən 0-14 yaş arası olan uşaqlarda müşahidə olunur.

7-14 yaşlı uşaqlar arasında qrip virusuna yoluxanların sayının qəflətən artması Privoljye, Şimal-qərb və mərkəzi əyalətlərdə qeydə alınıb.

"Rospotrebnadzor"dan bildiriblər ki, qrip epidemiyasının sürətlə yayılması ilə əlaqədar Rusiyada 1000-dən çox məktəb bağlanıb.

Geri dön