Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran rəsmisi: Urmiya gölününün qurumasından bütün İran xalqı ziyan görəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran rəsmisi: Urmiya gölününün qurumasından bütün İran xalqı ziyan görəcək

İran rəsmisi: Urmiya gölününün qurumasından bütün İran xalqı ziyan görəcək


Urmiya gölünün bərpası qərargahının rəisi, keçmiş kənd təsərrüfatı naziri, azərbaycanlı İsa Kəlantəri Şərqi Azərbaycan əyalətinin Marağa şəhərində keçirilmiş toplantıda çıxış edərək gölün quruması ilə bağlı yaranmış problemdən danışıb.
Urmiya gölünün quruması nəticəsində bölgədə ortaya çıxacaq çətinliklərə toxunan İsa Kəlantəri deyib: “Əgər Azərbaycan əhalisi də hökumət kimi gölün bərpası istiqamətində addım atsa işlər sürətlənərək 2024-cü ilə qədər yaxşı nəticələr əldə olunacaq.

Nəzərə almalıyıq ki, Urmiya gölünün qurumasından bütün İran xalqı ziyan görəcək. Hazırda isə ölkənin 23 universitetinin, eləcə də 40-a yaxın beynəlxalq qurumun yardımı və əməkdaşlığı ilə Urmiya gölünün bərpasına mane olan bütün çətinliklər araşdırılır, onların aradan qaldırılması üçün layihələr hazırlanır”.

Geri dön