Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elmar Məmmədyarov: -Ermənistan işğalçı siyasətinə son qoymayana qədər regional layihələrdə yer almayacaq.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > Elmar Məmmədyarov: -Ermənistan işğalçı siyasətinə son qoymayana qədər regional layihələrdə yer almayacaq.

Elmar Məmmədyarov: -Ermənistan işğalçı siyasətinə son qoymayana qədər regional layihələrdə yer almayacaq.


“Ermənistan öz qoşunlarını Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarmaq istəmir”.

Bunu Tiflisdə səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib:

Nazir qeyd edib ki, Ermənistan işğalçılıq siyasətinə son qoymayana qədər regional layihələrdə yer almayacaq: “ Ermənistan hakimiyyəti ilk növbədə qonşu ölkələrlə normal dildə danışmağı bacarmalıdır, işğalçılıq siyasətinə son qoymalıdır".

Azərbaycanın XİN başçısı deyib ki, bu gün Gürcüstandan keçən layihələrin hamısı qlobal xarakter daşıyır: "Biz hər zaman bütün ölkələrlə, o cümlədən Cənubi Qafqaz ölkələri ilə normal əməkdaşlıq qurmaqda maraqlı olmuşuq. Əfsuslar olsun ki, Ermənistan hakimiyyəti bu yolla getmək istəmir. Mən inanıram ki, gec-tez bu məsələ həll olunacaq, Ermənistanda hakimiyyətə elə adamlar gələcək ki, onlar öz ölkəsinin maraqları naminə qonşularla normal əlaqələr quracaqlar, regional layihələrə qatılmaq üçün normal şərait yaradacaqlar".

Geri dön