Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan nümayəndə heyəti Misirdə səmərəli görüşlər keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Azərbaycan nümayəndə heyəti Misirdə səmərəli görüşlər keçirib

Azərbaycan nümayəndə heyəti Misirdə səmərəli görüşlər keçirib


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 17-20-də Misirdə səfərdə olub.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti Misir Ərəb Respublikası Silahlı Qüvvələrinin Baş komandanı, müdafiə və hərbi sənaye naziri general-polkovnik Sidqi Subhi, daxili işlər naziri Məhəmməd İbrahim, hərbi sənaye üzrə Dövlət naziri İbrahim Yunis, Sərhəd Mühafizəsi Qüvvələrinin komandanı general-mayor Əhməd İbrahim ilə görüşlər keçirib.
Görüşlərdə ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, təhlükəsizlik sahəsində Azərbaycan ilə Misirin müvafiq qurumları arasında əlaqələrin, o cümlədən hərbi-texniki istiqamətdə əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Dövlət Sərhəd Xidmətinin nümayəndələri səfər müddətində Misirin Təhlükəsizlik və Sərhəd mühafizəsi sistemi, aidiyyəti strukturların fəaliyyəti, maddi-texniki imkanları ilə tanış edilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Geri dön