Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ərdəbil-Germi yolunda baş verən avtomobil qəzasında 5 nəfər həlak olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Ərdəbil-Germi yolunda baş verən avtomobil qəzasında 5 nəfər həlak olub

Ərdəbil-Germi yolunda baş verən avtomobil qəzasında 5 nəfər həlak olub


Fevralın 20-si sübh saatlarında Güney Azərbaycanın Ərdəbil-Germi magistral yolunda baş verən avtomobil qəzasında 5 nəfər həlak olub, bir nəfər isə ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Ərdəbil-Germinin yeni magistral yolunun Bərzənd məntəqəsində yerləşən Tusanlı körpüsü üzərində Pejo və Nissan markalı sərnişin avtomobillərinin toqquşması nəticəsində həlak olanların 3-ü əsgər, 2-si isə avtomobilin sürücüləridir.

Germinin Qızıl Aypara Cəmiyyətinin rəisi Əbdülhüseyn Nəcəfi jurnalistlərə açıqlamasında deyib ki, hadisəyə, hər iki avtomobilin yüksək sürətlə hərəkət etməsi və havanın dumanlı olması səbəb olub. Əbdülhüseyn Nəcəfi qəza qurbanlarının kimliyini açıqlamayıb.

Geri dön