Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İran bayraq təxribatına görə üzr istəyəcəkmi?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > İran bayraq təxribatına görə üzr istəyəcəkmi?

İran bayraq təxribatına görə üzr istəyəcəkmi?


Bu günlərdə Yunan-Roma güləş növü üzrə milli komandamız ilk dəfə Dünya Kubokuna sahib olublar.
Ancaq İranda keçirilən Yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışında Azərbaycan bayrağına qarşı hörmətsizlik edilib.

Həmvətənlilərimiz İranda ev sahiblərini böyük üstünlüklə məğlub ediblər. Bu uğur ölkəmizin idman tarixində yeni bir səhfə açıb.

Mükafatlandırma mərasimindən sonra himnimiz səsləndirilib və ilk üçlükdə yer tutan ölkələrin bayraqları qaldırılıb.

Turnirdə birincilik qazanan ölkəmizin bayrağı isə təhrif edilmiş formada təqdim edilib.

Belə ki, Azərbaycanın Dövlət Bayrağı üzərindəki səkkiz guşəli ulduz beş guşəli şəkildə göstərilib. Bu hal azərbaycanlıların və milli komanda üzvlərinin haqlı narazılığına səbəb olub.

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov fanat.az saytına verdiyi açıqlamada bu cür olayın qətiyyətlə qəbuledilməz olduğunu deyib: “Bütün olanlar himn səslənərkən baş verdi. Daha sonra iradımızı bildirdik. Həmin vaxt respublikamızın himnini yarımçıq dayandırmaq istəmədik”.

Əjdər Cəfərov bununla bağlı artıq üzürxahlıq edildiyini də bildirib: “Yaxın günlərdə rəsmi şəkildə üzrxahlıq məktubu da göndərəcəklər. Yəni bu cür hallar yolverilməzdir və belə hallara daim diqqətlə yanaşırıq”.

Qeyd edək ki, Dünya Kuboku üzrə yarışda Azərbaycanala yanaşı, İran, İsveç, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri də iştirak ediblər. Pəhləvanlarımızın çıxışı və qalibiyyəti böyük heyranlıqla qarşılanıb.

Geri dön