Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xoy şəhərində 3 nəfər azərbaycanlı milli fəal azadlığa buraxılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Xoy şəhərində 3 nəfər azərbaycanlı milli fəal azadlığa buraxılıb

Xoy şəhərində 3 nəfər azərbaycanlı milli fəal azadlığa buraxılıb


Dünya Ana Dili Günü ərəfəsində yaxalanan 3 azərbaycanlı milli-mədəni fəal vəsiqə qarşılığında sərbəst buraxılıb.
Əmin Hacilu, Araz Xasse Təraş və İslam Əli Əkbərli fevralın 28-də hər biri 10 milyon tümənlik mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

Xoy şəhərinin inqilab məhkəməsi azərbaycanlı fəalları milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək və mədəni varlıqları təxrib etməkdə günahlandırıb.

Adını çəkdiyimiz fəallar fevralın 17-də yaxalanıb və bir gün saxlandıqdan sonra Xoy şəhərinin zindanına aparılmışdır. Onlar bundan öncə də mədəni fəaliyyətlərinə görə təhlükəsizlik orqanlarına çağırılıb və sorğu-suala tutulublar.

Geri dön