Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sloveniya parlamentinin Milli Şurasının sədri Azərbaycana səfərə gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət > Sloveniya parlamentinin Milli Şurasının sədri Azərbaycana səfərə gəlib

Sloveniya parlamentinin Milli Şurasının sədri Azərbaycana səfərə gəlib


Sloveniya parlamentinin yuxarı palatası - Milli Şuranın sədri Mitya Bervarın rəhbərlik etdiyi nümayəndə heyəti martın 2-də Azərbaycana səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda Sloveniya parlamentinin Milli Şurasının sədrini Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

Mitya Bervar aeroportda jurnalistlərə müsahibəsində bildirib ki, səfərin məqsədi iki ölkə arasında idman, mədəniyyət, informasiya, iqtisadiyyat və digər sahələrdə əlaqələrin inkişafına töhfə verməkdir.

Qeyd edib ki, səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək.

Geri dön