Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya, Ukrayna, Almaniya və Fransa Berlində toplaşır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Siyasət > Rusiya, Ukrayna, Almaniya və Fransa Berlində toplaşır

Rusiya, Ukrayna, Almaniya və Fransa Berlində toplaşır


Ukraynadakı vəziyyəti müzakirə ediləcək

Bu gün Berlində Rusiya, Ukrayna, Almaniya və Fransa xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Görüşdə əsasən Ukraynanın şərqindəki vəziyyət müzakirə olunacaq.

Növbəti addım 3 həftə əvvəl əldə edilən Minsk razılığının şərtlərinin həyata tətbiqi olacaq. Görüşdə ölkələrin xarici işlər nazirləri və onların müavinləri iştirak etməlidir.

Kiyev üsyançıların fevralın 15-də qüvvəyə minən atəşkəsə riayət etmədiyini, Donetsk və Mariupol şəhərlərində qüvvələrin toplaşdığını bildirir.

Polşanın Təhlükəsizlik Şurasının rəhbəri Stanislav Koziej deyib ki, Ukrayna qüvvələrinin möhkəmləndirilməsi Avropa, Ukrayna və Polşanın maraqlarına xidmət etməklə yanaşı, Ukraynanın şərq regionunda deskalasiyaya yardım edə bilər.

Geri dön