Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Çeçenistan prezidenti döyüşçümüzü çağırdı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Gündəm, Dərbənd > Çeçenistan prezidenti döyüşçümüzü çağırdı

Çeçenistan prezidenti döyüşçümüzü çağırdı


"DAVAM" Media Qrupu xəbər verir ki, qarışıq döyüş növləri üzrə "Qroznaya bitva" adlı beynəlxalq turnir martın 14-də Çeçenistanda keçiriləcək

Azərbaycanlı döyüşçü, K-1 ustası Zabit Səmədov Çeçenistan prezidenti Ramzan Kadırov tərəfindən fəxri qonaq qismində dəvət olunub.

"Mən Çeçenistana fəxri qonaq kimi dəvət olunmuşam, ora həmçinin məşhur döyüşçülər Fabritsio Verdum, Con Cons, Badr Hari də dəvət olunublar", - Z.Səmədov "Report"a bildirib.

Z.Səmədov vurğulayıb ki, onun dəvət olunduğu qarışıq döyüş növləri üzrə "Qroznaya bitva" adlı beynəlxalq turnir martın 14-də Çeçenistanda "Kolizey" kompleksində keçiriləcək.

Z.Səmədov əlavə edib ki, turnirin iştirakçıları "Əhməd" və "Berkut" respublika idman klublarının döyüşçüləri olacaq.

Turnirin keçirilməsinə maddi dəstəyi Çeçenistanın mərhum prezidenti, Rusiyanın milli qəhrəmanı Əhməd Kadırov adına Regional İctimai fond göstərir.


Geri dön