Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > XİN: Azərbaycan konkret vaxt qrafiki çərçivəsində sülh sazişi üzərində işə başlamağa hazırdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət, Bildiriş > XİN: Azərbaycan konkret vaxt qrafiki çərçivəsində sülh sazişi üzərində işə başlamağa hazırdır

XİN: Azərbaycan konkret vaxt qrafiki çərçivəsində sülh sazişi üzərində işə başlamağa hazırdır


Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Uolteri qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu qeyd edərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib.

Nazir konkret vaxt qrafiki çərçivəsində Azərbaycanın sülh sazişi üzərində işə başlamağa hazır olduğunu qeyd edərək, Ermənistanın qeyri-konstruktiv və işğalçı siyasətini davam etdirdiyini və münaqişənin həllinə maneə yaratğını diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirə aparılıb.

Geri dön