Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DİN-in Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin sabiq rəisi həbs edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > DİN-in Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin sabiq rəisi həbs edilib

DİN-in Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin sabiq rəisi həbs edilib


Bakıda Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən vaxtilə tanınmış kinorejissor və aktyor olan Nizami Musayev saxlanılıb.

N.Musayev 1992-ci ildə Xalq Cəbhəsi hökuməti dövründə Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsini tutub.

1995-ci ildən axtarışda olan N.Musayevə qarşı Cinayət Məcəlləsinin (2000-ci ilin sentyabrın 1-ə qədər qüvvədə olmuş) 88-1-ci (dövət əmlakını və ya ictimai əmlakı, xüsusilə killi miqdarda talama) və 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.

DİN-nin mətbuat xidmətindən Trend-ə məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, N.Musayev həm aktyor, həm ssenarist, həm də rejissor kimi tanınıb, eyni zamanda bir çox təhlükəli fəndlərin quruluşçusu olub (idmançı olduğuna görə, bir çox fəndləri şəxsən yerinə yetirib).

N.Musayevin ən məşhur filmi “Lətifə” filmidir. Həmçinin “Alman klinikasına şəxsi səfər”, “Araqarışdıran”, “Bəyin oğurlanması”, “Cin mikrorayonda”, “İşarəni dənizdən gözləyin” , “Qanlı zəmi”, “Qara gölün cəngavərləri”, “Qorxma, mən səninləyəm” və “Yaramaz” kimi filmlərin çəkilməsində iştirak edib.

Geri dön