Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk qaçqınları -1914-1918-ci illər-- adlı kitabının təqdimatı oldu.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Türk qaçqınları -1914-1918-ci illər-- adlı kitabının təqdimatı oldu.

Türk qaçqınları -1914-1918-ci illər-- adlı kitabının təqdimatı oldu.


Ötən gün Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilati dəstəyi ilə tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədovanın müəllifi olduğu ingilis dilində “Turk refugees (1914-1918th years)” (“Türk qaçqınları (1914-1918-ci illər)”) adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni ilk öncə tədbir iştirakçılarını salamlayıb və kitabın müəllifi Nüşabə Məmmədovaya tarixçi kimi bu işləri araşdırmasına və belə bir kitabın ərsəyə gəlməsinə görə minnətdarlığını bildirib.
Daha sonra çıxış edən kitabın müəllifi tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova tədbir iştirakçılarına kitab haqqında geniş məlumat verib. O, bildirib ki, “Kitab 2012-ci ildə Estoniyanın Tallinn şəhərində, Azərbaycan-Estoniya Elmi Araşdırmalar Mərkəzinin dəstəyi ilə ingilis dilində nəşr olunub. Elmi əsərdə Birinci Dünya Müharibəsinin başlanması ilə əlaqədar Şimali Azərbaycan ərazisində həyata keçirilən ilkin tədbirlər, hərbi xəstəxanaların təşkili, Azərbaycan ziyalılarının Qars vilayətində türk qaçqınları barədə məlumatların toplanması üçün əraziyə göndərilməsi və ilkin yardımlar, türk qaçqınlarına “Qardaş köməyi” layihəsinin təşkili, Azərbaycan ərazisində türk qaçqınlarına yardım məqsədilə yerli komitələrin təşkili, bütün ərazilər, o cümlədən Qars vilayəti üzrə türk qaçqınlarının siyahıya alınması, Qars vilayətində tibbi məntəqələrin və ərzaq məntəqələrinin təşkili, valideynlərini itirmiş kimsəsiz türk uşaqları üçün uşaq evlərinin açılması, Rusiya ali məktəblərində təhsil alan tələbələrdən ibarət dəstələrin Qars vilayətinə göndərilməsi, türk qaçqınlarına yardım məqsədilə mədəni tədbirlərin, teatr tamaşaların təşkili, Rusiyanın bir çox şəhərlərində komitələrin təşkili, türk hərbi əsirlərinə yardım olunması, türk əsir zabitlərinin Nargin adasında qaçırılması və digər məsələlər araşdırılmışdır”. Tədbirdə çıxış edən MQF-nin İdarə Heyətinin sədr müavinləri Qorxmaz İbrahimli, İradə Rizazadə, katib İradə Əliyeva, idarə heyətinin üzvləri Sevil Yusifova, Eyyub Hüseynov, Füzuli Rzaquliyev, Əkbər Qoşalı, Namiq Həsənov, Telman Zeynalov, Leyla Gərayzadə, Akif Kərimov, DAK və BDM aparat rəhbəri Samir Adıgözəlli, xalq şairi Söhrab Tahir, Sabitlik və İnkişaf Mərkəzinin sədri Rasim Məmmədov, Birlik jurnalının baş redaktoru İlqar İlkin və digərləri öz çıxışlarında türk qaçqınları və eləcə də ermənilərin törətdiyi soyqırımlarla bağlı tarixi faktların araşdırılmasını tədqirəlayiq hesab etdiklərini bildiriblər. Bu kimi elmi araşdırmaların, tarixi faktların dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu vurğulayıblar. Tədbir iştirakçıları həmçinin, tarixi faktları özündə əks etdirən bu cür nəşrlərin türk dünyasına və eləcə də Azərbaycan həqiqətlərinin araşdırılmasına yönələn işlərə böyük qatqı verəcəyini qeyd ediblər. Sonda, kitabın, çoxaldılaraq xaricdə fəaliyyət göstərən universitetlərin kitabxanalarına, diaspor təşkilatlarına verilməsi, tarixi faktların araşdırılmasına yönələn saytlara elektron kitab kimi daxil edilməsi təklif edilib və bir daha belə bir kitabın ərsəyə gəlməsinə görə müəllifə öz minnətdarlıqlarını bildiriblər.

Geri dön