Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şahdəniz-də yeni quyu qazılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Şahdəniz-də yeni quyu qazılır

Şahdəniz-də yeni quyu qazılır


“Şahdəniz” qaz-kondensat yatağı ərazisində yeni quyunun qazılması işlərinə başlanıb.

Məlumatlı mənbə bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində SDD-04 quyusunun qazılmasına başlanılıb: “Qazıntı işləri “Heydər Əliyev” platformasından həyata keçirilir. SDD-04 quyusunun layihə dərinliyi 6300 metr təşkil edir”.

Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsi üzrə qabaqlayıcı qazma işləri çərçivəsində artıq 7 quyu qazılıb, SDC-04 və SDD-04 quyularında işlərin başa çatmasından sonra isə qazılmış quyuların sayı 9-a çatacaq.

Geri dön