Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > FHN Bakıdakı güclü yanğınla bağlı məlumat yaydı: 9 avtomobil yanıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > FHN Bakıdakı güclü yanğınla bağlı məlumat yaydı: 9 avtomobil yanıb

FHN Bakıdakı güclü yanğınla bağlı məlumat yaydı: 9 avtomobil yanıb


Bakının Yasamal rayonu, Tbilisi prospektində yerləşən yarımtikilidə yanğın baş verib. Nəticədə yaxınlıqda bir neçə ofis və avtomobil yanıb.

Hazırda hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan ümumi sahəsi 450 kv.m olan birmərtəbəli avtodayanacağın yanar konstruksiyaları və içərisində müxtəlif şəxslərə məxsus 9 ədəd müxtəlif markalı avtomobil yanıb.

Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Geri dön